Paytaxtda kartsız işləyən nə qədər AVTOBUS qalıb? – RƏSMİ

Son illər Azərbaycanda avtobus parkı genişlənsə,  yeni avtobusların gətirilməsi istiqamətində ciddi işlər aparılsa da, marşrutların kart sisteminə keçirilməsi aktual olaraq qalır. Paytaxtda hələ də nağd ödənişlə fəaliyyət göstərən avtobuslara rast gəlirik. Xüsuilə Bakıətrafı qəsəbələrdə vəziyyət bərbad durumdadır. Ətraf qəsəbələrə işləyən avtobusların həm istismar müddəti bitib, həm də pik saatlarda 30-40 dəqiqə gecikmə ilə gəlirlər. Bu da sərnişinlərdə haqlı olaraq narazılıqlar yaradır. Halbuki cavabdeh qurum hələ 2019-cu ildə bütün avtobusların il sonuna qədər kart sisteminə keçəcəyini açıqlamışdı. Həmin müddətdən 5 il keçməsinə baxmayaraq, problem eyni qalır. 

Məsələ burasındadır ki, yollarda yaranan tıxaclara, baş verən qəzalara əsasən dayanacaqlarda saxlamayan, bir-birləri ilə qəpik yarışına çıxan, belə avtobuslar səbəb olurlar.

Bəs, maraqlıdır, paytaxtda nağd ödənişlə fəaliyyət göstərən avtobusların sayı nə qədərdir?

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bizim.Media-nın sorğusunu belə cavablandırıb:

“Ümumilikdə  115  marşrut üzrə  1824 avtobusda nağdsız ödəniş edilməsi mümkündür. Hazırda fəaliyyət göstərən marşrutların 64%-ində nağdsız ödəniş sistemi tətbiq olunur”.

AYNA-nın açıqlamasından belə aydın olur ki, marşrutların 36 faizi nağd ödənişlə fəaliyyət göstərir. Qurum nağd ödənişlə işləyən avtobusların  konkret sayını açıqlamasa da, kiçik hesablama kifayət edir ki, bu rəqəmin neçə olduğunu bilək. Hesablamalarımıza görə kartsız işləyən avtobusların sayı 1026 -dır. 
Qeyd edək ki, sözügedən mövzu ilə bağlı 2021-ci ildə Bizim.Media-ya açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirmişdi ki, kartsız işləyən marşurutların sayı 90-dır. 

Məhərrəm Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

68 nəfər Avropadan Azərbaycana qaytarılıb

68 nəfər Avropadan Azərbaycana qaytarılıb

Sahil Babayev: "Ötən il büdcə ölkənin inkişaf prioritetlərinə uyğun icra edilib"

Sahil Babayev: "Ötən il büdcə ölkənin inkişaf prioritetlərinə uyğun icra edilib"

Orta aylıq maaş 1200 manata çatır

Orta aylıq maaş 1200 manata çatır

22 ölkə İrana xəbərdarlıq etdi

22 ölkə İrana xəbərdarlıq etdi

Şüvəlanda dənizdə çimən şəxs boğularaq həyatını itirib

Şüvəlanda dənizdə çimən şəxs boğularaq həyatını itirib

Yaşı 45-dən yuxarı olanların NƏZƏRİNƏ

Yaşı 45-dən yuxarı olanların NƏZƏRİNƏ

Sosialyönümlü xərclərin tərkibinə yenidən baxılması təklif olunur

Sosialyönümlü xərclərin tərkibinə yenidən baxılması təklif olunur

SON DƏQİQƏ! İlhamə Quliyevanın bacısı qızı HƏBS edildi

SON DƏQİQƏ! İlhamə Quliyevanın bacısı qızı HƏBS edildi

69 yaşlı qadın evində baltalanaraq öldürüldü

69 yaşlı qadın evində baltalanaraq öldürüldü

Azərbaycanda damazlıq heyvanların payı 4 dəfə artırılacaq

Azərbaycanda damazlıq heyvanların payı 4 dəfə artırılacaq

Kəmalə Quluzadə beynəlxalq mükafata layiq görülüb - FOTOLAR

Kəmalə Quluzadə beynəlxalq mükafata layiq görülüb - FOTOLAR

Deputat: İşğaldan azad olunmuş ərazilərdə 85 minə yaxın vətəndaşımız məskunlaşıb

Deputat: İşğaldan azad olunmuş ərazilərdə 85 minə yaxın vətəndaşımız məskunlaşıb

Heydər Əliyev olmasaydı, Naxçıvan işğal olunardı – Elman Nəsirov

Heydər Əliyev olmasaydı, Naxçıvan işğal olunardı – Elman Nəsirov

Xalid Əhədov: “Dövlət Proqramının icrası əsasən yerli icra hakimiyyətlərinin üzərinə düşür.”

Xalid Əhədov: “Dövlət Proqramının icrası əsasən yerli icra hakimiyyətlərinin üzərinə düşür.”

Bu rayonlara leysan yağır - FAKTİKİ HAVA

Bu rayonlara leysan yağır - FAKTİKİ HAVA

Balaəli həbsdə olan Rəşad Dağlıya mahnı həsr etdi - VİDEO

Balaəli həbsdə olan Rəşad Dağlıya mahnı həsr etdi - VİDEO

Müasir suvarma sahələri 300 min hektara çatdırılacaq - Nazir müavini

Müasir suvarma sahələri 300 min hektara çatdırılacaq - Nazir müavini

Dünya çempionatının ilk günündə insident - VİDEO

Dünya çempionatının ilk günündə insident - VİDEO

Zeynal Nağdəliyev: "Aqrar sahədə istehsal və ixrac potensialı əhəmiyyətli dərəcədə artıb"

Zeynal Nağdəliyev: "Aqrar sahədə istehsal və ixrac potensialı əhəmiyyətli dərəcədə artıb"

Bakıda çiyələk yeyən qadının dəhşətli görüntüsü – VİDEO

Bakıda çiyələk yeyən qadının dəhşətli görüntüsü – VİDEO

Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik edib

Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik edib

İlham Əliyev Vladimir Putini TƏBRİK edib

İlham Əliyev Vladimir Putini TƏBRİK edib

İlham Əliyev Filippin Prezidentini təbrik edib

İlham Əliyev Filippin Prezidentini təbrik edib

Bakıda 23 yaşlı qız nişanlısı tərəfindən DÖYÜLDÜ

Bakıda 23 yaşlı qız nişanlısı tərəfindən DÖYÜLDÜ

End of content

No more pages to load

RADİO