Kəmalə Quluzadə beynəlxalq mükafata layiq görülüb - FOTOLAR

17–19 may tarixlərində Parisdə beynəlxalq kouçinq sahəsinin ən nüfuzlu tədbirlərindən biri olan ICF Converge Summit 2026 keçirilib.

Bizim.Media bildirir ki, sammit Avropa, Amerika və Asiyanın müxtəlif ölkələrindən kouçları, liderləri və təşkilati inkişaf mütəxəssislərini bir araya gətirib.

Tədbirdə Azərbaycanı ICF Azərbaycan Çapterinin üzvü, 175 saatlıq peşəkar kouçinq təlimi keçmiş və hazırda aktiv fəaliyyət göstərən kouç Kəmalə Quluzadə təmsil edib.

Sammit çərçivəsində kouçinqdə mükəmməllik standartları, ICF kompetensiyaları, liderlik və təşkilati transformasiya, emosional dayanıqlılıq, inklüziv kouçinq mədəniyyəti, süni intellekt və neyroelm, etik yanaşmalar, davamlı inkişaf, stress və əlaqəsizlik hallarında kouçinq alətləri, daxili tənqidçi ilə iş, müxtəlif şəxsiyyət tipləri ilə kouçinq və peşəkar inkişafın digər aktual istiqamətləri üzrə sessiyalar keçirilib.
 

İştirakçılar beynəlxalq təcrübə mübadiləsi apararaq yeni əməkdaşlıq imkanlarını və kouçinq sahəsində qlobal trendləri müzakirə ediblər.


Sammitin sonunda Kəmalə Quluzadə fəal iştirakına və tədbirin işinə verdiyi töhfəyə görə xüsusi mükafata layiq görülüb. Bu mükafat onun peşəkar inkişafına, beynəlxalq kouçinq icmasında aktiv mövqeyinə və davamlı öyrənmə yanaşmasına verilən dəyərin göstəricisi kimi qiymətləndirilir.

“ICF Converge Summit 2026 mənim üçün yalnız peşəkar təcrübə deyil, həm də Azərbaycanı beynəlxalq kouçinq platformasında təmsil etmək imkanı oldu. Avropa, Amerika və Asiyadan olan həmkarlarla təcrübə mübadiləsi mənə yeni yanaşmaları daha dərindən anlamağa və bu bilikləri insanların inkişafına daha effektiv şəkildə tətbiq etməyə imkan verdi.

Bu təcrübənin Azərbaycanda kouçinq mədəniyyətinin inkişafına töhfə verəcəyinə inanıram”, — deyə Kəmalə Quluzadə bildirib.

Qeyd edək ki, ICF Converge Summit 2026 dünya üzrə kouçinq sahəsində fəaliyyət göstərən peşəkarların bir araya gələrək bilik və təcrübə mübadiləsi apardıqları, həmçinin sahənin gələcək istiqamətlərini müzakirə etdikləri mühüm beynəlxalq platformadır.




















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz QƏRAR

“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz QƏRAR

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Keyn 78 illik rekordu TƏKRARLADI

Keyn 78 illik rekordu TƏKRARLADI

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

A Seriyasında ayın ən yaxşısı oldu

A Seriyasında ayın ən yaxşısı oldu

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

End of content

No more pages to load

RADİO