Bakının Xətai rayonunda 23 yaşlı oğlan nişanlısına xəsarət yetirib.
Bizim.Media Demokrat.az-a istinadən xəbər verir ki, hadisə rayonunun X.Məmmədov küçəsində baş verib.
Şərur rayon sakini, 2003-cü il təvəllüdlü Tacəddin həmin ərazidə yerləşən çoxmərtəbəli binanın 16-cı mərtəbəsinin pilləkan meydançasında nişanlısı Zəminə (adlar şərtidir – red.) ilə mübahisə edib.
Aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı nişanlısını qəsdən əl zərbələri ilə baş və bədəninin müxtəlif nahiyələrindən vurub. O, qızı döyərək, ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Bizim.Media