Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.
Bizim.Media report.az-a istinadən xəbər verir ki, hadisə şəhərin 47-ci məhəlləsində qeydə alınıb.
Şəhər sakini, 2003-cü il təvəllüdlü Sənan Elşən oğlu Babayev aralarında baş vermiş münaqişə zəminində qardaşı, 2004-cü il təvəllüdlü Sədana bıçaqla xəsarət yetirib.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media