Ağsu rayonunun Nəmirli kəndində yanğın hadisəsi baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, yanğın kənd sakini 1982-ci il təvəllüdlü Səlimov Taleh Şamil oğluna məxsus ümumi sahəsi 90 k/m olan yaşayış evində baş verib.
Yanğın zamanı evin tavan hissəsi və daxilndə olan əşyaları tamamilə yanıb.Hadisə yerinə FHN-nin Ağsu rayon yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Yanğın söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb.
Fakt araşdırılır.
Bizim.Media, Aran bürosu