Sertifikasiya imtahanında 13 riyaziyyat müəllimi maksimum nəticə göstərdi - FOTO

İyunun 21-də müəllimlərin sertifikatlaşdırması prosesinin test imtahanı mərhələsinin birinci hissəsi başa çatıb.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, imtahanda 13 riyaziyyat müəllimi 60 bal toplayıb.

Yüksək nəticə göstərən müəllimlərin adlarını təqdim edirik:

- Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin riyaziyyat müəllimi Könül Heydərova;

- Salyan rayonu Şəkərli kənd ümumi orta məktəbin riyaziyyat müəllimi Nəcəfov Niyaməddin;

- Abşeron rayonu Masazır kənd 1 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Səyyad Canalıyev;

- Sumqayıt şəhər Təfəkkür liseyinin riyaziyyat müəllimi Leyla Babayeva;

- Göygöl rayon Qırıxlı kənd tam orta məktəbin riyaziyyat müəllimi Gülnar İmranova;

- Ucar rayonu Xalac kənd A.Ahmədov adına tam orta məktəbin riyaziyyat müəllimi Aygül Xəlilova;

- Ucar rayonu Boyat kənd tam orta məktəbin riyaziyyat müəllimi Fəridə Məhərrəmova;

- İmişli rayonu Qaradonlu kənd M.Şirinov adına tam orta məktəbin riyaziyyat müəllimi Günay Məmmədova;

- Xaçmaz Rayonu Əzizəddin Tahirov adına Köhnə Xaçmaz tam orta məktəbin riyaziyyat müəllimi Ülkər Hüseynova;

- Balakən rayon Qaysa kənd tam orta məktəbin riyaziyyat müəllimi Nəfsət Haxova;

- Şəki şəhər 7 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Nəzakət Bağırova;

- Balakən rayon Roçəhməd kənd tam orta məktəbin riyaziyyat müəllimi Murad Şabanov;

- Salyan rayonu Sarvan kənd İ.Həsənov adına tam orta məktəbin riyaziyyat müəllimi Gülnarə Hüseynova.

Qeyd edək ki, iyunun 21-də riyaziyyat müəllimləri sertifikatlaşdırma imtahanına cəlb olunublar. Proses iyunun 21, 22 və 24-ü tarixlərini əhatə edir. Növbəti günlərdə xarici dil (rus dili, Azərbaycan dili (rus bölməsi), rus dili və ədəbiyyatı, alman dili, fransız dili və s.), ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri sertifikasiyada iştirak edəcəklər.

Test imtahanı mərhələsində müəllimlərə 120 dəqiqə müddətində tədris etdikləri fənn üzrə ümumtəhsil proqramları, tədris metodikası və təlim strategiyalarına aid 60 sual təqdim edilir.

Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra nəticə namizədin kompüterində əks olunur.

Test imtahanında azı 30 bal toplamış müəllimlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanırlar.

Cari ildə isə 30 mindən çox təhsilverən sertifikatlaşdırma prosesinə cəlb ediləcək. Sertifikatlaşdırmadan keçən müəllimlər növbəti 5 il ərzində pedaqoji fəaliyyətini davam etdirmək üçün sertifikat əldə edir. Yaşı 60-dan yuxarı olan müəllimlərin imtahanda iştirakı könüllüdür.

Ötənilki sertifikatlaşdırma prosesinə 29 min 951 müəllim cəlb olunub. Sertifikatlaşdırmadan keçmiş 5246 təhsilverənin vəzifə maaşına 35 faiz, 17 min 914 təhsilverənin vəzifə maaşına isə 10 faiz artım tətbiq edilib.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yaponiya İran müharibəsindən sonra Azərbaycandan ilk xam neft partiyasını alacaq

Yaponiya İran müharibəsindən sonra Azərbaycandan ilk xam neft partiyasını alacaq

İki gün ərzində qanunsuz saxlanılan 2 avtomat 1 qumbara aşkarlanıb

İki gün ərzində qanunsuz saxlanılan 2 avtomat 1 qumbara aşkarlanıb

Əsnəməyin əsl səbəbi bəlli oldu – Qarşısını almaq mümkün deyil

Əsnəməyin əsl səbəbi bəlli oldu – Qarşısını almaq mümkün deyil

Hantavirusa yoluxanlar 42 gün təcrid ediləcəklər

Hantavirusa yoluxanlar 42 gün təcrid ediləcəklər

Əvvəllər işlədikləri şirkətdən oğurluq etdilər

Əvvəllər işlədikləri şirkətdən oğurluq etdilər

“Övladınızı dinləməyə vaxtınız yoxdursa, gələcəkdə edəcəyi hər qəbahətə hazır olun” – PSİXOLOQ

“Övladınızı dinləməyə vaxtınız yoxdursa, gələcəkdə edəcəyi hər qəbahətə hazır olun” – PSİXOLOQ

Sabah külək güclənəcək – XƏBƏRDARLIQ

Sabah külək güclənəcək – XƏBƏRDARLIQ

Xırdalanda zavodda kişi ölüb

Xırdalanda zavodda kişi ölüb

Gələn il veteranlara verilən 80 manat artırılacaq?

Gələn il veteranlara verilən 80 manat artırılacaq?

43 ildir buna görə evlənmirlər

43 ildir buna görə evlənmirlər

“Körpə gəzintidə” filmi gerçək oldu – Bu dəfə Türkiyədə - VİDEO

“Körpə gəzintidə” filmi gerçək oldu – Bu dəfə Türkiyədə - VİDEO

Xaçmaz məktəbliləri Zəfər tarixini canlı izlədilər – Qənimətlər Parkına unudulmaz səfər - VİDEO

Xaçmaz məktəbliləri Zəfər tarixini canlı izlədilər – Qənimətlər Parkına unudulmaz səfər - VİDEO

Paşinyan metroda pis vəziyyətə düşdü - VİDEO

Paşinyan metroda pis vəziyyətə düşdü - VİDEO

“Şamaxı”nın legionerinin durumu

“Şamaxı”nın legionerinin durumu

Növbəti 3 gün yağıntı intensivləşəcək, sel keçəcək

Növbəti 3 gün yağıntı intensivləşəcək, sel keçəcək

Bakı–Masallı yolunda tıxac yarandı - VİDEO

Bakı–Masallı yolunda tıxac yarandı - VİDEO

Məşhur müğənni şəkillərindən icazəsiz istifadəyə görə inanılmaz təzminat tələb etdi - FOTO

Məşhur müğənni şəkillərindən icazəsiz istifadəyə görə inanılmaz təzminat tələb etdi - FOTO

Azərbaycanın bölgələrində evlər kəskin bahalaşıb

Azərbaycanın bölgələrində evlər kəskin bahalaşıb

Renat Dadaşov oynadı, komandası qələbə qazandı – VİDEO

Renat Dadaşov oynadı, komandası qələbə qazandı – VİDEO

"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının ikinci mərhələsinin qalibi müəyyənləşib

"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının ikinci mərhələsinin qalibi müəyyənləşib

Sosial şəbəkədə QAN AXTARIŞI: Vətəndaşlar niyə donor tapmaqda çətinlik çəkirlər? - VİDEO

Sosial şəbəkədə QAN AXTARIŞI: Vətəndaşlar niyə donor tapmaqda çətinlik çəkirlər? - VİDEO

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları artırıb

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları artırıb

Manqalı yandırarkən xəsarət alan oğlan ölüb

Manqalı yandırarkən xəsarət alan oğlan ölüb

Akif İslamzadənin vəziyyəti açıqlandı

Akif İslamzadənin vəziyyəti açıqlandı

End of content

No more pages to load

RADİO