32 ildən sonra şuşalılar Qurban bayramını doğma yurdlarında qeyd edirlər - FOTO

Müqəddəs Qurban bayramı respublikamızın bütün bölgələrində olduğu kimi işğaldan azad edilmiş Şuşa şəhərində də qeyd edilib.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nəzarəti altında qurban kəsilib.

AQTA Qarabağ regional bölməsi tərəfindən qurbanlıq heyvanların kəsimi zamanı baytarlıq-sanitariya norma qaydalarına nəzarət edilib. Şuşa şəhər yeni yaşayış kompleksində quraşdırılan müasir tələblərə cavab verən səyyar heyvan kəsimi çadırlarında qurbanlıq heyvanların kəsimi baytarlıq nəzarəti altında həyata keçirilib. Eyni zamanda, ərazidə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyası da fəaliyyət göstərir.

AQTA Qarabağ regional bölməsinin rəisi Nicat Quliyev bildirib ki, Qurban bayramı ilə əlaqədar işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı və Ağdərə rayonunun Talış kəndlərində, həmçinin ilk dəfə olaraq Şuşa, Füzuli və Laçın rayonlarında qurbanlıq heyvanların kəsimi və satışı təşkil edilib.
Kəsilən qurbanlar yeni köçən ailələrə ailə paylanıb. 32 ildən sonra ilk dəfə doğma yurdlarında Qurban bayramını qeyd edən Şuşa sakinləri bu əziz gündə kəsilən qurbanların Allah tərəfindən qəbul edilməsini diləyib, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Şuşa şəhər sakini Füruzə Quliyeva bayram sevincini bölüşərək deyib: “Özümü çox xoşbəxt hesab edirəm. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı diləyirəm. Prezidentimizin qətiyyəti, Ordumuzun gücü sayəsində bu gün doğma Şuşamızdayıq. Çox xoşbəxt insanlarıq ki, bu gün burada Qurban bayramını qeyd edirik. Bu günləri böyük həsrətlə gözləyirdik. Azərbaycan xalqının bayramını təbrik edirəm”.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsrailin hücumları zamanı Livanda şəhər meri həlak oldu

İsrailin hücumları zamanı Livanda şəhər meri həlak oldu

MİQ-də ən böyük çatışmazlıq bu fənlərdədir: vakansiya illərlə boş qalır

MİQ-də ən böyük çatışmazlıq bu fənlərdədir: vakansiya illərlə boş qalır

Polşanın İnterpola verdiyi azərbaycanlı bu ölkədə HƏBS OLUNDU - FOTO

Polşanın İnterpola verdiyi azərbaycanlı bu ölkədə HƏBS OLUNDU - FOTO

Bakıda mühüm görüş: TRİPP-in icrası nəzərdən keçirildi - FOTO

Bakıda mühüm görüş: TRİPP-in icrası nəzərdən keçirildi - FOTO

"3 ildə 4 dəfə əməliyyat olundum" - VİDEO

"3 ildə 4 dəfə əməliyyat olundum" - VİDEO

Bəqai: ABŞ ilə memorandum sabah imzalanmayacaq

Bəqai: ABŞ ilə memorandum sabah imzalanmayacaq

Ağdamda yanğın başladı: Xocalıdan heyət cəlb edildi – FOTO

Ağdamda yanğın başladı: Xocalıdan heyət cəlb edildi – FOTO

Bakı məktəbinin koreyalı məzunu: "Azərbaycanı çox sevirəm" - FOTO

Bakı məktəbinin koreyalı məzunu: "Azərbaycanı çox sevirəm" - FOTO

"Son zəng"dəki mahnılar... - Nazirdən maraqlı REAKSİYA

"Son zəng"dəki mahnılar... - Nazirdən maraqlı REAKSİYA

Azərbaycana PUA ilə narkotik keçirmək istədilər - FOTO

Azərbaycana PUA ilə narkotik keçirmək istədilər - FOTO

Bakıda koreyalı atanın məzun övladına dediyi sözlər GÜLDÜRDÜ - VİDEO

Bakıda koreyalı atanın məzun övladına dediyi sözlər GÜLDÜRDÜ - VİDEO

Kürdəmirdə ağır yol qəzası: 3 yaralı var - FOTO

Kürdəmirdə ağır yol qəzası: 3 yaralı var - FOTO

Mikayıl Cabbarov ABŞ rəsmisi ilə investisiya layihələrini müzakirə etdi - FOTO

Mikayıl Cabbarov ABŞ rəsmisi ilə investisiya layihələrini müzakirə etdi - FOTO

“Sabah” braziliyalı futbolçunu transfer etdi

“Sabah” braziliyalı futbolçunu transfer etdi

Oman sahillərində tanker naməlum mərmi ilə VURULDU

Oman sahillərində tanker naməlum mərmi ilə VURULDU

Hava limanları özəlləşdirilir: Kim qazanacaq?

Hava limanları özəlləşdirilir: Kim qazanacaq?

Zaqatalada iki nəfəri İLAN SANCDI: ölən var

Zaqatalada iki nəfəri İLAN SANCDI: ölən var

ABŞ millisində ciddi itki

ABŞ millisində ciddi itki

Aygünlə Namiqin marağa səbəb olan görüntüsü - VİDEO

Aygünlə Namiqin marağa səbəb olan görüntüsü - VİDEO

Şahbaz Şərif: “Sülh sazişi 24 saat ərzində imzalana bilər”

Şahbaz Şərif: “Sülh sazişi 24 saat ərzində imzalana bilər”

Millimizin üzvü evləndi

Millimizin üzvü evləndi

Qusarın ümumtəhsil məktəblərində “son zəng” çalındı - FOTOLAR

Qusarın ümumtəhsil məktəblərində “son zəng” çalındı - FOTOLAR

DÇ-2026: Braziliya və Türkiyə milliləri mübarizəyə başlayır

DÇ-2026: Braziliya və Türkiyə milliləri mübarizəyə başlayır

Azərbaycanda bu bank bağlandı – BOKT-a çevrildi

Azərbaycanda bu bank bağlandı – BOKT-a çevrildi

End of content

No more pages to load

RADİO