Ağdamda 60 hektardan artıq ərazidə yanğın başlayıb.
Bizim.Media “teleqraf.az”a istinadla xəbər verir ki, hadisə rayonun Kəngərli kəndində açıq ərazidə quru ot və kol olan hissədə baş verib.
Əraziyə FHN-in Ağdam rayonunun yanğınsöndürən bölməsinin iki maşını və şəxsi heyəti cəlb olunub.
Yanğın geniş əraziyə yayıldığından, əlavə olaraq FHN-in Xocalı rayon yanğınsöndürən bölməsinin bir avtomobili və şəxsi heyəti də köməyə cəlb edilib.
Hazırda yanğınsöndürmə əməliyyatları davam etdirilir.



Bizim.Media