MİQ-də ən böyük çatışmazlıq bu fənlərdədir: vakansiya illərlə boş qalır

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqəyə qeydiyyatın başlaması ilə müəllim ehtiyacının ən çox hiss olunduğu fənlər və bölgələr yenidən gündəmə gəlib. Belə ki, son illərin MİQ nəticələri göstərir ki, bəzi fənlər üzrə vakant yerlər tam dolmur, xüsusilə region məktəblərində müəllim çatışmazlığı davam edir.

Maraqlıdır, hazırda ən çox hansı fənlər üzrə müəllimə ehtiyac var?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “modern.az”a açıqlamasında Hədəf Liseyinin icraçı direktoru Elmin Yaqubbəyli qeyd edib ki, Azərbaycanda MİQ müsabiqələrinin nəticələri göstərir ki, vakant yerlərin tam dolmadığı fənlər əsasən namizədlərin sayının az olduğu və ya həmin fənn müəllimlərinin müəyyən bölgələrdə işləməyə maraq göstərmədiyi sahələrdir.

Onun sözlərinə görə, rəsmi hesabatlarda əsas fənlər üzrə vakansiyaların böyük hissəsinin doldurulduğu qeyd olunsa da, hər il müəyyən sayda vakant yer boş qalır.

"Vakant yerlərin daha çox müşahidə olunduğu fənlər riyaziyyat, fizika, kimya, informatika, xarici dillər (xüsusilə bəzi regionlarda ingilis dili), texnologiya və peşəyönümlü fənlərdir. Bu vəziyyətin əsas səbəbi həmin fənlər üzrə məzunların bir hissəsinin məktəbdən kənar sahələrdə daha yüksək gəlir əldə etməsidir. Məsələn, informatika və riyaziyyat ixtisaslı şəxslər İT sektorunda, özəl kurslarda və ya korporativ sahələrdə işləməyi üstün tuturlar. Nəticədə məktəblərə, xüsusilə də ucqar bölgələrə müəllim cəlb etmək çətinləşir. Humanitar fənlərdə, o cümlədən Azərbaycan dili, tarix, coğrafiya və digər sahələrdə isə əksər hallarda namizəd sayı daha çox olduğundan vakansiyaların dolma ehtimalı yüksək olur".

O həmçinin vurğulayıb ki, hazırda Azərbaycanda müəllim çatışmazlığı daha çox STEM istiqamətli fənlərdə - elm, texnologiya, mühəndislik və riyaziyyat sahələrində hiss olunur:

"Xüsusilə riyaziyyat, fizika, kimya və informatika müəllimlərinə tələbat yüksək olaraq qalır. Region məktəblərində bu problem daha qabarıq görünür. Bu vəziyyətin yaranmasının bir neçə əsas səbəbi var. İlk növbədə, informatika, riyaziyyat və texniki sahələr üzrə təhsil alan şəxslər məktəbdən başqa daha yüksək maaşlı işlər tapa bilirlər.

Məsələn, proqramçı, analitik, mühəndis və ya özəl kurs müəllimi kimi fəaliyyət göstərmək çox vaxt məktəbdə işləməkdən daha cəlbedici görünür. Digər tərəfdən, bir çox gənc müəllim rayon və kənd məktəblərinə təyinat alsa da, uzun müddət həmin ərazilərdə qalmaq istəmir. Yaşayış, nəqliyyat, sosial imkanlar və karyera inkişafı baxımından Bakı və böyük şəhərlər daha cəlbedici hesab olunur".

E.Yaqubbəyli onu da əlavə edib ki, problemin digər səbəbi ixtisas-məzun balansının pozulmasıdır:

"Bəzi ixtisaslar üzrə universitetlər çoxlu məzun hazırladığı halda, bəzi sahələrdə məzun sayı məktəblərin ehtiyacını qarşılamır. Nəticədə müəyyən fənlər üzrə namizədlər çox, müəyyən fənlər üzrə isə az olur. Bundan əlavə, son illərdə müəllim maaşlarında artımlar olsa da, bəzi gənclər üçün bu peşə digər sahələrlə müqayisədə kifayət qədər cəlbedici görünmür. Xüsusilə texniki ixtisas sahibləri daha yüksək gəlir imkanlarına malik olduqları üçün məktəblərə yönəlmirlər. Bəzi kənd məktəblərində şagird sayı az olduğundan dərs yükü də məhdud olur. Bu isə müəllimin ümumi gəlirinə təsir edir və həmin vakansiyaların uzun müddət boş qalmasına səbəb olur".

Müsahibimiz onu da nəzərə çatdırıb ki, Azərbaycan təhsil sistemində regionlarla Bakı arasında müəllim təminatı baxımından nəzərəçarpacaq fərqlər mövcuddur:

"Bakıda, Sumqayıtda və digər iri şəhərlərdə müəllim olmaq istəyənlərin sayı adətən vakant yerlərin sayından çox olur. Buna görə də burada rəqabət yüksəkdir. Bunun səbəbləri daha geniş sosial imkanlar, nəqliyyat və infrastrukturun inkişafı, özəl məktəb və kurslarda əlavə işləmək imkanları, peşəkar inkişaf və təlimlərə çıxışın daha asan olması, həmçinin yaşayış şəraitinin daha əlverişli hesab edilməsidir. Nəticədə şəhərlərdə bir vakansiya üçün bəzən çoxsaylı namizəd müraciət edir".

E.Yaqubbəylinin fikrincə, rayon və xüsusilə ucqar kənd məktəblərində isə tam əks mənzərə müşahidə olunur:

"Bir sıra vakansiyalar bir neçə il ardıcıl olaraq boş qala bilir. Bəzi hallarda həmin fənni başqa ixtisas müəllimləri tədris edir və ya əvəzçilik mexanizmi tətbiq olunur. Regionlarda çatışmazlığın əsas səbəbləri uzaq məsafələr və nəqliyyat çətinlikləri, kirayə və yaşayış problemləri, sosial-mədəni imkanların məhdudluğu, gənc müəllimlərin bölgələrdə uzunmüddətli qalmaq istəməməsi və ailə qurduqdan sonra şəhərə qayıtmaq meylidir.

Bu fərqlər təhsil keyfiyyətinə də təsir göstərir. Regionlarla paytaxt arasında təhsil keyfiyyəti fərqinin əsas səbəblərindən biri müəllim potensialının qeyri-bərabər paylanmasıdır. Nəticə etibarilə, Azərbaycanda müəllim çatışmazlığı problemi ümumi ölkə səviyyəsində deyil, daha çox müəyyən fənlər və müəyyən regionlar üzrə özünü göstərir. Xüsusilə riyaziyyat, fizika, kimya və informatika müəllimlərinin ucqar bölgələrə cəlb olunması qarşıdakı illərdə də təhsil siyasətinin əsas prioritetlərindən biri olaraq qalacaq", - deyə o fikrini tamamlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Keyn 78 illik rekordu TƏKRARLADI

Keyn 78 illik rekordu TƏKRARLADI

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

A Seriyasında ayın ən yaxşısı oldu

A Seriyasında ayın ən yaxşısı oldu

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

“Fənərbağça” hesabı açdı - VİDEO

“Fənərbağça” hesabı açdı - VİDEO

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

End of content

No more pages to load

RADİO