Respublika birincisi olan Nəzrin: "Bilikli və bacarıqlı həkim kimi xalqıma, millətimə xidmət etmək arzusundayam"

"Hələ uşaq vaxtlarımdan həkim olmaq arzusunda idim. Yadımdadı həmyaşıdlarımla oynayanda mən həkim olurdum. Atam mənə oyuncaq olaraq həkimlərin istifadə etdikləri alətləri alırdı. Mən də guya həkim olaraq uşaqların xəstələnmiş oyuncaqlarını sağaldırdım, müalicə edirdim. Bax, o zamanlardan yaxşı oxuyub Tibb Universitetinə daxil olmağı qarşıma məqsəd qoymuşdum".

BU Bizim.Media-nın yerli bürosuna Dövlət İmtahan Mərkəzinin IV ixtisas qrupları üzrə 2 iyun 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsinə əsasən 697 bal toplayaraq ölkə birincisi olan, Gəncənin V. Veysəlov adına 30 saylı tam orta məktəbin məzunu Nəzrin Əhmədova deyib.

Onun sözlərinə görə bu nəticəni qazanmaq heç də asan olmayıb: "Bəzən sutka ərzində 4-5 saat yuxu yatırdım. Düzgün qidalanmağa vaxtım olmurdu. Hələ aşağı siniflərdə oxuyanda bütün fənlərdən yaxşı oxuyaraq yüksək qiymətlər almağa çalışırdım.
Bu çətin yolda mənə valideynlərim çox dəstək oldular. Atam da, anam da mənə ruh yüksəkliyi verirdilər. Əlbəttə ki, müəllimlərimin əziyyətləri də həddən çoxdur. Mənə bu çətin və şərəfli yolda dəstək olan, mənim üçün əziyyət çəkən insanlara dərin minnətdarlığımı bildirirəm".

IV qrup üzrə respublikada ən yüksək nəticə göstərən Nəzrin təhsilini qardaş Türkiyədə davam etdirmək niyyətindədir: "Mən çox sevinirəm ki, 11 illik əziyyətli yolun sonunda zəhmətim hədər getmədi. Ali tibbi təhsilimi qardaş Türkiyənin ən qabaqcıl universitetlərindən olan Hacettepe Universitetinin Tibb fakültəsində davam etdirmək niyyətindəyəm. Tibb elminin biliklərinə yüksək səviyyədə yiyələnərək xalqıma, millətimə bilikli və bacarıqlı həkim kimi xidmət göstərmək istəyirəm. Ümidvaram ki, bu arzuma da çatacam".

N. Əhmədovanın təhsil aldığı Gəncənin V. Veysəlov adına 30 saylı tam orta məktəbin kollektivi də onun hələ uşaq yaşlarından seçildiyini bildiriblər.


Məktəbin tədris işləri üzrə direktor müavini Elnarə Şükürova Nəzrinın ən yüksək nəticəni toplayacaqlarına inandıqlarını bildirib:

"Biz hamılıqla Nəzrinin ən yüksək nəticə göstərəcəyinə inanırdıq. Çünki o hələ aşağı siniflərdə oxuyanda belə bütün həmyaşıdlarından biliyi, qabiliyyəti, bacarığı və özünə tələbkarlığı ilə seçilirdi. Bütün fənləri oxuyurdu. Baxmayaraq ki, IV qrupa hazırlaşırdı riyaziyyatı, tarixi, ingilis dilini çox böyük həvəslə oxuyurdu. Hətta müsiqi və təsviri incəsənətdə də həmişə seçilirdi.

Nəzrinin oxumağa həvəsi o qədər idi ki, biz hamılıqla məzunumuzun ən yüksək bal toplayacağına inanırdıq. Bizim üçün Nəzrin 700 bal toplayıb. Onunla fəxr edirik və gələcək həyatında uğurlar arzulayırıq".

Biz də Nəzrin Əhmədovaya uğurlar arzulayır, peşəkar həkim kimi yetişib ölkəmizə faydalı olacağına ümid edirik.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsrailin hücumları zamanı Livanda şəhər meri həlak oldu

İsrailin hücumları zamanı Livanda şəhər meri həlak oldu

MİQ-də ən böyük çatışmazlıq bu fənlərdədir: vakansiya illərlə boş qalır

MİQ-də ən böyük çatışmazlıq bu fənlərdədir: vakansiya illərlə boş qalır

Polşanın İnterpola verdiyi azərbaycanlı bu ölkədə HƏBS OLUNDU - FOTO

Polşanın İnterpola verdiyi azərbaycanlı bu ölkədə HƏBS OLUNDU - FOTO

Bakıda mühüm görüş: TRİPP-in icrası nəzərdən keçirildi - FOTO

Bakıda mühüm görüş: TRİPP-in icrası nəzərdən keçirildi - FOTO

"3 ildə 4 dəfə əməliyyat olundum" - VİDEO

"3 ildə 4 dəfə əməliyyat olundum" - VİDEO

Bəqai: ABŞ ilə memorandum sabah imzalanmayacaq

Bəqai: ABŞ ilə memorandum sabah imzalanmayacaq

Ağdamda yanğın başladı: Xocalıdan heyət cəlb edildi – FOTO

Ağdamda yanğın başladı: Xocalıdan heyət cəlb edildi – FOTO

Bakı məktəbinin koreyalı məzunu: "Azərbaycanı çox sevirəm" - FOTO

Bakı məktəbinin koreyalı məzunu: "Azərbaycanı çox sevirəm" - FOTO

"Son zəng"dəki mahnılar... - Nazirdən maraqlı REAKSİYA

"Son zəng"dəki mahnılar... - Nazirdən maraqlı REAKSİYA

Azərbaycana PUA ilə narkotik keçirmək istədilər - FOTO

Azərbaycana PUA ilə narkotik keçirmək istədilər - FOTO

Bakıda koreyalı atanın məzun övladına dediyi sözlər GÜLDÜRDÜ - VİDEO

Bakıda koreyalı atanın məzun övladına dediyi sözlər GÜLDÜRDÜ - VİDEO

Kürdəmirdə ağır yol qəzası: 3 yaralı var - FOTO

Kürdəmirdə ağır yol qəzası: 3 yaralı var - FOTO

Mikayıl Cabbarov ABŞ rəsmisi ilə investisiya layihələrini müzakirə etdi - FOTO

Mikayıl Cabbarov ABŞ rəsmisi ilə investisiya layihələrini müzakirə etdi - FOTO

“Sabah” braziliyalı futbolçunu transfer etdi

“Sabah” braziliyalı futbolçunu transfer etdi

Oman sahillərində tanker naməlum mərmi ilə VURULDU

Oman sahillərində tanker naməlum mərmi ilə VURULDU

Hava limanları özəlləşdirilir: Kim qazanacaq?

Hava limanları özəlləşdirilir: Kim qazanacaq?

Zaqatalada iki nəfəri İLAN SANCDI: ölən var

Zaqatalada iki nəfəri İLAN SANCDI: ölən var

ABŞ millisində ciddi itki

ABŞ millisində ciddi itki

Aygünlə Namiqin marağa səbəb olan görüntüsü - VİDEO

Aygünlə Namiqin marağa səbəb olan görüntüsü - VİDEO

Şahbaz Şərif: “Sülh sazişi 24 saat ərzində imzalana bilər”

Şahbaz Şərif: “Sülh sazişi 24 saat ərzində imzalana bilər”

Millimizin üzvü evləndi

Millimizin üzvü evləndi

Qusarın ümumtəhsil məktəblərində “son zəng” çalındı - FOTOLAR

Qusarın ümumtəhsil məktəblərində “son zəng” çalındı - FOTOLAR

DÇ-2026: Braziliya və Türkiyə milliləri mübarizəyə başlayır

DÇ-2026: Braziliya və Türkiyə milliləri mübarizəyə başlayır

Azərbaycanda bu bank bağlandı – BOKT-a çevrildi

Azərbaycanda bu bank bağlandı – BOKT-a çevrildi

End of content

No more pages to load

RADİO