700 bal toplayan ŞƏKİ MƏKTƏBLİSİ – Onun gələcək hədəfi nədir? – FOTO

Vəd verdi və sözünü tutdu. Söhbət I ixtisas qrupu üzrə 700 bal toplayan Şəki məktəblisi Zərifə İlyasovadan gedir.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, haqqında söhbət açacağımız yeniyetmə dünənin məzunu, bu günün tələbəsidir.

O, 9-cu sinifdən bu yana riyaziyyat fənni ilə bağlı youtube kanalı açıb və sinif yoldaşlarına, eləcə də digər həmyaşıdlarına bu sahədə dərsləri izah edərək üzərində işləyib.

Zərifə Şəki şəhər 18 nömrəli tam orta məktəbin məzunudur. O, buraxılış imtahanlarında 300 ballıq maksimum nəticə göstərib. Bir neçə ay əvvəl ilk dəfə onu tanıyarkən və müsahibə alarkən inanmışdıq ki, Zərifə bu uğurunu blok imtahanında da təkrarlayacaq.

Və budur, ötən gün Dövlət İmtahan Mərkəzinin açıqladığı siyahıda Zərifə ölkə birincisi kimi yenidən gündəmə gəldi.

Zərifənin hədəfi bəllidir.

ADA Universitetinə qəbul olmaq, daha sonra beynəlxalq proqram və layihələrə qoşularaq təhsilini davam etdirmək, Azərbaycanı “big-data” sahəsində tanıtmaq...

“Gələcəkdə “big-data” sahəsi üzrə mütəxəssisləşmək istəyirəm və yaxşı bir kadr olaraq yetişməyi planlayıram. Azərbaycanda kompüter, riyaziyyat sahəsində bir çox ali təhsil müəssisələri var və onlar heç də xarici ölkələrdən geri qalmır” deyən müsahibim artıq öz seçimini edib.

Bəs görəsən, Respublika birincisi olan Zərifənin gələcəklə bağlı planları nədir?

“Gələcək məqsədim xarici şirkətlərdə data analitik kimi fəaliyyət göstərməkdir. Çünki informasiya texnologiyaları günü-gündən inkişaf edir və “big-data” üzrə analiz, “big-data” biznes analitikası sahələrinə ciddi ehtiyac yaranacaq” deyən Zərifə ilk növbədə riyaziyyat ixtisası üzrə təhsil alacağını, daha sonra digər arzularını reallaşdıracağını söyləyir.

Zərifə ilə söhbətdən bəlli olur ki, onun təhsil aldığı sinfin daha beş şagirdi qəbul imtahanlarında 600-dən yuxarı, on nəfər isə 500-dən yuxarı bal toplayıb.






Tural Rasim oğılu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yaponiya İran müharibəsindən sonra Azərbaycandan ilk xam neft partiyasını alacaq

Yaponiya İran müharibəsindən sonra Azərbaycandan ilk xam neft partiyasını alacaq

İki gün ərzində qanunsuz saxlanılan 2 avtomat 1 qumbara aşkarlanıb

İki gün ərzində qanunsuz saxlanılan 2 avtomat 1 qumbara aşkarlanıb

Əsnəməyin əsl səbəbi bəlli oldu – Qarşısını almaq mümkün deyil

Əsnəməyin əsl səbəbi bəlli oldu – Qarşısını almaq mümkün deyil

Hantavirusa yoluxanlar 42 gün təcrid ediləcəklər

Hantavirusa yoluxanlar 42 gün təcrid ediləcəklər

Əvvəllər işlədikləri şirkətdən oğurluq etdilər

Əvvəllər işlədikləri şirkətdən oğurluq etdilər

“Övladınızı dinləməyə vaxtınız yoxdursa, gələcəkdə edəcəyi hər qəbahətə hazır olun” – PSİXOLOQ

“Övladınızı dinləməyə vaxtınız yoxdursa, gələcəkdə edəcəyi hər qəbahətə hazır olun” – PSİXOLOQ

Sabah külək güclənəcək – XƏBƏRDARLIQ

Sabah külək güclənəcək – XƏBƏRDARLIQ

Xırdalanda zavodda kişi ölüb

Xırdalanda zavodda kişi ölüb

Gələn il veteranlara verilən 80 manat artırılacaq?

Gələn il veteranlara verilən 80 manat artırılacaq?

43 ildir buna görə evlənmirlər

43 ildir buna görə evlənmirlər

“Körpə gəzintidə” filmi gerçək oldu – Bu dəfə Türkiyədə - VİDEO

“Körpə gəzintidə” filmi gerçək oldu – Bu dəfə Türkiyədə - VİDEO

Xaçmaz məktəbliləri Zəfər tarixini canlı izlədilər – Qənimətlər Parkına unudulmaz səfər - VİDEO

Xaçmaz məktəbliləri Zəfər tarixini canlı izlədilər – Qənimətlər Parkına unudulmaz səfər - VİDEO

Paşinyan metroda pis vəziyyətə düşdü - VİDEO

Paşinyan metroda pis vəziyyətə düşdü - VİDEO

“Şamaxı”nın legionerinin durumu

“Şamaxı”nın legionerinin durumu

Növbəti 3 gün yağıntı intensivləşəcək, sel keçəcək

Növbəti 3 gün yağıntı intensivləşəcək, sel keçəcək

Bakı–Masallı yolunda tıxac yarandı - VİDEO

Bakı–Masallı yolunda tıxac yarandı - VİDEO

Məşhur müğənni şəkillərindən icazəsiz istifadəyə görə inanılmaz təzminat tələb etdi - FOTO

Məşhur müğənni şəkillərindən icazəsiz istifadəyə görə inanılmaz təzminat tələb etdi - FOTO

Azərbaycanın bölgələrində evlər kəskin bahalaşıb

Azərbaycanın bölgələrində evlər kəskin bahalaşıb

Renat Dadaşov oynadı, komandası qələbə qazandı – VİDEO

Renat Dadaşov oynadı, komandası qələbə qazandı – VİDEO

"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının ikinci mərhələsinin qalibi müəyyənləşib

"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının ikinci mərhələsinin qalibi müəyyənləşib

Sosial şəbəkədə QAN AXTARIŞI: Vətəndaşlar niyə donor tapmaqda çətinlik çəkirlər? - VİDEO

Sosial şəbəkədə QAN AXTARIŞI: Vətəndaşlar niyə donor tapmaqda çətinlik çəkirlər? - VİDEO

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları artırıb

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları artırıb

Manqalı yandırarkən xəsarət alan oğlan ölüb

Manqalı yandırarkən xəsarət alan oğlan ölüb

Akif İslamzadənin vəziyyəti açıqlandı

Akif İslamzadənin vəziyyəti açıqlandı

End of content

No more pages to load

RADİO