Kopenhagendə naməlum şəxs Danimarkanın baş naziri Mette Frederiksenə hücum edib.
Bizim.Media xəbər verir ki, “Ritzau” agentliyi məlumat verib.
Məlumata görə, hökumət başçısı Danimarka paytaxtının Kyltorve meydanında olarkən həmin şəxs ona yaxınlaşaraq vurub.
Hökumət ofisinin qeyd etdiyi kimi, baş nazir "baş verənlərdən şoka düşüb".
Hücum edən şəxs saxlanılıb. Hadisənin motivləri hələlik məlum deyil.
Bizim.Media