80 qəpiklik dondurma ilə 9 manatlıq dondurmanın FƏRQİ

Yay aylarında ən çox yeyilən məhsullardan biri olan dondurma ilə bağlı ciddi suallar gündəmdə qalır. Bu gün marketlərdə 80 qəpikdən 7-9 manata qədər dəyişən qiymətlər istehlakçıların seçim qarşısında tərəddüd etməsinə səbəb olur. Eyni məhsul kateqoriyası daxilində bu qədər kəskin qiymət fərqi dondurmanın tərkibi və hazırlanma üsulu barədə şübhələri artırır.

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “yenisabah.az”a danışan qida eksperti Fərid Səfərov dondurmanın keyfiyyətini müəyyən edən əsas göstəricinin qiymət deyil, məhsulun tərkibi olduğunu bildirib.

“Dondurmanın keyfiyyətini qiymətləndirərkən ilk növbədə qiymətə deyil, məhsulun tərkibinə diqqət yetirmək lazımdır. Keyfiyyətli dondurmalarda əsasən süd, qaymaq, kərə yağı və təbii dadlandırıcılar istifadə olunur.
 

Tərkibində çoxlu bitki yağları, süni aromatlar, rəngvericilər və müxtəlif qatqılar olan məhsullar isə daha aşağı keyfiyyətli hesab edilə bilər. 80 qəpik-1 manatlıq dondurmalarla 9 manatlıq məhsullar arasındakı əsas fərq adətən istifadə olunan xammalın keyfiyyəti, süd və yağ nisbəti, istehsal texnologiyası və brend amili ilə bağlı olur.


Bahalı dondurmalar daha çox təbii süd məhsullarından hazırlanır, meyvə və ya şokolad əlavələri daha keyfiyyətli olur. Bununla belə, yüksək qiymət hər zaman daha sağlam və ya daha faydalı məhsul demək deyil. Bəzən qiymətə qablaşdırma, marketinq və brend dəyəri də təsir göstərir”, - F.Səfərov vurğulayıb.

Ekspert qeyd edib ki, dondurma seçərkən məhsulun saxlanma şəraitinə xüsusi diqqət yetirilməlidir:

“Dondurma alarkən onun formasına da diqqət etmək lazımdır. Əgər məhsul əriyib yenidən donubsa, üzərində buz kristalları yaranıbsa və ya qablaşdırması deformasiyaya uğrayıbsa, onu almaq məsləhət deyil. Bu, saxlanma temperaturunun pozulduğunu göstərə bilər və həm keyfiyyətə, həm də təhlükəsizliyə mənfi təsir edə bilər.
 

Yay aylarında dondurma gündəlik qida rasionunda yer ala bilər, lakin miqdara diqqət etmək şərtilə. Xüsusilə şəkər və kalori miqdarı yüksək olan dondurmaların hər gün böyük porsiyalarla istehlakı artıq çəki, qan şəkərinin yüksəlməsi və digər sağlamlıq problemlərinə səbəb ola bilər.


Sağlam insan üçün kiçik porsiyada dondurmanın ara-sıra və ya ölçülü şəkildə gündəlik rasiona daxil edilməsi mümkündür. Uşaqlarda, şəkərli diabeti olanlarda və artıq çəkidən əziyyət çəkən şəxslərdə isə seçim və porsiya ölçüsünə daha diqqətli yanaşmaq lazımdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İqlimi dəyişdirən gizli texnologiyalar...

İqlimi dəyişdirən gizli texnologiyalar...

80 qəpiklik dondurma ilə 9 manatlıq dondurmanın FƏRQİ

80 qəpiklik dondurma ilə 9 manatlıq dondurmanın FƏRQİ

Qucaqlaşmağın qeyri-adi FAYDASI...

Qucaqlaşmağın qeyri-adi FAYDASI...

Son 48 saatda Livanda ölənlərin SAYI AÇIQLANDI

Son 48 saatda Livanda ölənlərin SAYI AÇIQLANDI

Braziliya Prezidenti yığmadan DÇ-2026-nın kubokunu TƏLƏB ETDİ

Braziliya Prezidenti yığmadan DÇ-2026-nın kubokunu TƏLƏB ETDİ

Azərbaycanda ən çox hansı qan qruplarına ehtiyac var? - RƏSMİ

Azərbaycanda ən çox hansı qan qruplarına ehtiyac var? - RƏSMİ

Hidayət Orucov VƏFAT ETDİ

Hidayət Orucov VƏFAT ETDİ

Ağdamda məzar qazılarkən minaatan mərmisi TAPILDI

Ağdamda məzar qazılarkən minaatan mərmisi TAPILDI

Tovuzda yol qəzası ölümlə nəticələndi - FOTO

Tovuzda yol qəzası ölümlə nəticələndi - FOTO

Flora Kərimova göstərdiyi xüsusi diqqətə görə Mehriban Əliyevaya TƏŞƏKKÜR ETDİ

Flora Kərimova göstərdiyi xüsusi diqqətə görə Mehriban Əliyevaya TƏŞƏKKÜR ETDİ

Tramp İranla saziş öncəsi qolf oynamağa getdi

Tramp İranla saziş öncəsi qolf oynamağa getdi

Meteohəssas insanları sevindirəcək XƏBƏR

Meteohəssas insanları sevindirəcək XƏBƏR

Yaqub Zurufçunun oğlundan yüksək nəticə - FOTO

Yaqub Zurufçunun oğlundan yüksək nəticə - FOTO

Sürücülərin NƏZƏRİNƏ: Bakının əsas küçələrində parklanma qadağan olunur

Sürücülərin NƏZƏRİNƏ: Bakının əsas küçələrində parklanma qadağan olunur

Nazim Quliyev mühüm vəzifəyə təyin olundu

Nazim Quliyev mühüm vəzifəyə təyin olundu

UNO-larla bağlı məxfi sənədlərin son hissəsi yayımlandı - VİDEO

UNO-larla bağlı məxfi sənədlərin son hissəsi yayımlandı - VİDEO

“Chevrolet”in “avtoşluq” edən sürücüsü HƏBS EDİLDİ - VİDEO

“Chevrolet”in “avtoşluq” edən sürücüsü HƏBS EDİLDİ - VİDEO

Xalq artisti Flora Kərimovanın sağlamlıq vəziyyəti AÇIQLANDI

Xalq artisti Flora Kərimovanın sağlamlıq vəziyyəti AÇIQLANDI

“Balalar hürdü, ana da cumdu üstümə, 3 it başladılar məni parçalamağa” - VİDEO

“Balalar hürdü, ana da cumdu üstümə, 3 it başladılar məni parçalamağa” - VİDEO

Şəhid anası vəfat etdi – FOTO

Şəhid anası vəfat etdi – FOTO

Tramp İranla sülhün imzalanacağı TARİXİ açıqladı

Tramp İranla sülhün imzalanacağı TARİXİ açıqladı

Zelenski Rusiyanın 10 rabitə şirkətlərinə sanksiya tətbiq etdi

Zelenski Rusiyanın 10 rabitə şirkətlərinə sanksiya tətbiq etdi

Konqoda yayılan Ebola ştamı artıq sərhədləri AŞIR

Konqoda yayılan Ebola ştamı artıq sərhədləri AŞIR

AZAL-ın Naxçıvana gedən təyyarəsi GERİ DÖNDÜ

AZAL-ın Naxçıvana gedən təyyarəsi GERİ DÖNDÜ

End of content

No more pages to load

RADİO