Gəncədə ov tüfəngindən xəsarət alan şəxs həkimlərin müdaxiləsinə baxmayaraq, ölüb.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, Kəlbəcər rayon sakini Bəxtiyar Heydərov xəstəxanada vəfat edib.
Hadisə Gəncə şəhərində, Kəlbəcər rayon sakinlərinin müvəqqəti məskunlaşdığı “Yeni qəsəbə” adlanan ərazidə baş verib. Qəsəbənin 18-ci binasında məskunlaşan rayon sakini Hikmət Mamedov şəxsi münasibətlər zəmnində qonşusu Bəxtiyar Heydərova ov tüfəngindən atəş açıb.
Hazırda şübhəli şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Faktla bağlı araşdırma başladılıb.
Bizim.Media