COP29 Könüllülük Proqramına qeydiyyat bu gün başa çatır

11-22 noyabr tarixlərində Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) könüllülərin iştirakını təşkil etmək üçün nəzərdə tutulan Könüllülük Proqramına qeydiyyat bu gün saat 23:00-da başa çatır.

Bu barədə Bizim.Media-ya COP29 Azərbaycan Əməliyyat Şirkətinin mətbuat xidmətindən məlumat verilib.

Xəbərə görə, mayın 29-da elan olunan və həmin gündən etibarən aktiv şəkildə müraciətləri qəbul edən Könüllülük Proqramına qeydiyyat bu gün saat 23:00-da başa çatır:

"Ölkəmizin ev sahibliyi edəcəyi bu nüfuzlu iqlim tədbirinin təşkili üçün COP29 Azərbaycan Əməliyyat Şirkəti yerli və xarici vətəndaşlar olmaqla, 3000-dən çox könüllünü prosesə cəlb edəcək.

Könüllülük proqramına qeydiyyatdan keçmək və bu qlobal tədbirin bir parçası olmaq üçün artıq son saatlar qalmışdır. COP29 Əməliyyat Şirkəti bildirir ki, Proqrama qeydiyyat prosesi zamanı 16000-ə yaxın namizədin müraciəti daxil olub.

Könüllülük proqramı könüllülərin layihəyə rahat və sistemli şəkildə qoşulmaları üçün volunteers.cop29.az portalı üzərindən icra edilir. Bu proqramı həvəsli və məqsədli şəxslərə iqlim dəyişikliyi üzrə ən mühüm qlobal konfranslardan birinin uğuruna töhfə vermək üçün misilsiz şans təqdim edir. Könüllülər logistika və media xidmətlərindən tutmuş kommunikasiya və protokol işlərinə qədər tədbirin müxtəlif aspektlərində müstəsna rol oynayacaqlar".

Qeyd olunub ki, könüllülər auditoriyasında yüksək aktivlik müşahidə olunmuşdur və 16000-ə yaxın olan namizəd qeydiyyatdan keçib:

"Tədbirin əsasını təşkil edən könüllülər və onların fədakarlığı və öhdəliyi dünyada iqlim dəyişmələri mövzusunda müsbət dəyişikliyə səbəb olmaqda zəruri rol oynayacaq. Bu son saatlar hələ də qeydiyyatdan keçməmiş şəxslər üçün keçirələcək bu qlobal tədbir xüsusunda bizə qoşulmaq üçün bir fürsətdir.
COP29 Könüllülük Proqramı çərçivəsində qeydiyyat ərizələrini tamamlayan namizədlərimiz yenicə istifadəyə verilmiş Könüllülər Mərkəzində iyul ayının sonuna qədər davam edəcək müsahibə prosesinə dəvət olunacaqlar. Daha sonra isə onlar informativ təlim sessiyalarına, şəbəkələşmə imkanlarına və dayanıqlılıq istiqamətində qlobal hərəkatın bir hissəsi olmaq şansına sahib olacaqlar. Qeydiyyatınızın uğurla tamamlandığından əmin olmaq üçün portala daxil olub elektron kabinetinizi yoxlaya bilərsiniz".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yaponiya İran müharibəsindən sonra Azərbaycandan ilk xam neft partiyasını alacaq

Yaponiya İran müharibəsindən sonra Azərbaycandan ilk xam neft partiyasını alacaq

İki gün ərzində qanunsuz saxlanılan 2 avtomat 1 qumbara aşkarlanıb

İki gün ərzində qanunsuz saxlanılan 2 avtomat 1 qumbara aşkarlanıb

Əsnəməyin əsl səbəbi bəlli oldu – Qarşısını almaq mümkün deyil

Əsnəməyin əsl səbəbi bəlli oldu – Qarşısını almaq mümkün deyil

Hantavirusa yoluxanlar 42 gün təcrid ediləcəklər

Hantavirusa yoluxanlar 42 gün təcrid ediləcəklər

Əvvəllər işlədikləri şirkətdən oğurluq etdilər

Əvvəllər işlədikləri şirkətdən oğurluq etdilər

“Övladınızı dinləməyə vaxtınız yoxdursa, gələcəkdə edəcəyi hər qəbahətə hazır olun” – PSİXOLOQ

“Övladınızı dinləməyə vaxtınız yoxdursa, gələcəkdə edəcəyi hər qəbahətə hazır olun” – PSİXOLOQ

Sabah külək güclənəcək – XƏBƏRDARLIQ

Sabah külək güclənəcək – XƏBƏRDARLIQ

Xırdalanda zavodda kişi ölüb

Xırdalanda zavodda kişi ölüb

Gələn il veteranlara verilən 80 manat artırılacaq?

Gələn il veteranlara verilən 80 manat artırılacaq?

43 ildir buna görə evlənmirlər

43 ildir buna görə evlənmirlər

“Körpə gəzintidə” filmi gerçək oldu – Bu dəfə Türkiyədə - VİDEO

“Körpə gəzintidə” filmi gerçək oldu – Bu dəfə Türkiyədə - VİDEO

Xaçmaz məktəbliləri Zəfər tarixini canlı izlədilər – Qənimətlər Parkına unudulmaz səfər - VİDEO

Xaçmaz məktəbliləri Zəfər tarixini canlı izlədilər – Qənimətlər Parkına unudulmaz səfər - VİDEO

Paşinyan metroda pis vəziyyətə düşdü - VİDEO

Paşinyan metroda pis vəziyyətə düşdü - VİDEO

“Şamaxı”nın legionerinin durumu

“Şamaxı”nın legionerinin durumu

Növbəti 3 gün yağıntı intensivləşəcək, sel keçəcək

Növbəti 3 gün yağıntı intensivləşəcək, sel keçəcək

Bakı–Masallı yolunda tıxac yarandı - VİDEO

Bakı–Masallı yolunda tıxac yarandı - VİDEO

Məşhur müğənni şəkillərindən icazəsiz istifadəyə görə inanılmaz təzminat tələb etdi - FOTO

Məşhur müğənni şəkillərindən icazəsiz istifadəyə görə inanılmaz təzminat tələb etdi - FOTO

Azərbaycanın bölgələrində evlər kəskin bahalaşıb

Azərbaycanın bölgələrində evlər kəskin bahalaşıb

Renat Dadaşov oynadı, komandası qələbə qazandı – VİDEO

Renat Dadaşov oynadı, komandası qələbə qazandı – VİDEO

"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının ikinci mərhələsinin qalibi müəyyənləşib

"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının ikinci mərhələsinin qalibi müəyyənləşib

Sosial şəbəkədə QAN AXTARIŞI: Vətəndaşlar niyə donor tapmaqda çətinlik çəkirlər? - VİDEO

Sosial şəbəkədə QAN AXTARIŞI: Vətəndaşlar niyə donor tapmaqda çətinlik çəkirlər? - VİDEO

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları artırıb

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları artırıb

Manqalı yandırarkən xəsarət alan oğlan ölüb

Manqalı yandırarkən xəsarət alan oğlan ölüb

Akif İslamzadənin vəziyyəti açıqlandı

Akif İslamzadənin vəziyyəti açıqlandı

End of content

No more pages to load

RADİO