Salyanda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.
Bizim.Media report-a istinadən xəbər verir ki, hadisə Salyan-Şirvan avtomobil yolunun Qarabağlı kənd ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, iki avtomobilin toqquşması nəticəsində rayonun Qarabağlı kənd sakinləri – 1980-cı il təvəllüdlü Əliyev Vüsal Karlen oğlu və onun qardaşı 1987-ci il təvəllüdlü Əliyev Taleh Karlen oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Qardaşlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media