Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı keçirilib - FOTO

Uşaqların Beynəlxalq Müdafiəsi Günü – iyunun 1-də Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı keçirilib.

Bizim.Media xəbər verir ki, Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi və Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə baş tutan festivalda müxtəlif yaş kateqoriyalarındakı uşaqlar maraq dairələrinə uyğun əyləncə seçib asudə vaxtlarını səmərəli keçirə və istedadlarını nümayiş etdirə biliblər.

Festival zamanı Mərkəzin parkı mövzular və əyləncə növləri üzrə zonalara bölünüb. Burada günün əsas qəhrəmanları olan uşaqlara bir-birindən maraqlı və fərqli əyləncələr, maarifləndirici proqramlar təqdim olunub.

Uşaq festivalında Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın övladları, Bakıdakı uşaq evlərinin sakinləri, daun sindromlu uşaqlar da iştirak ediblər.

Uşaqlar üçün xüsusi ayrılan zonadakı səhnədə gənc istedadların ifasında konsert proqramı təqdim edilib. Səhnədə “Azəri inciləri” rəqs qrupu, Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Cücələrim” Mahnı və Rəqs Ansamblı, Sosial Xidmətlər Agentliyinin uşaqları, “Səma” Rəqs Ansamblı, “Təbəssüm” Uşaq Musiqili Teatrı, “Zirvə” Rəqs Ansamblı, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və 3 nömrəli Uşaq İncəsənət Məktəbinin üzvləri çıxış edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “EkoSfera” Sosial Ekoloji Mərkəz (SEM) tərəfindən yaradılan ekoloji zonada “Yaşıl dünya naminə həmrəylik ili” və ölkəmizdə keçiriləcək COP29 tədbiri ilə bağlı uşaqlar üçün maarifləndirmə proqramı və “pre-COP29” konfransı formatında iqlim dəyişmələri, ətraf mühitin monitorinqi mövzularında dəyirmi masa, viktorina və interaktiv oyunlar təşkil olunub.

“Tullantılara ikinci həyat” adlı ekoloji ustad dərsləri, “Yaşıl enerji” mövzusunda startaplar, həmçinin dron və robotların ətraf mühitin qorunmasındakı rolu nümayiş etdirilib.

Gənclər arasında idmanın, sağlam həyat tərzinin təbliği məqsədilə Mərkəzin parkında müxtəlif idman növlərinə aid zonaların yaradılmasına da diqqət yetirilib. Həmin meydançalarda Azərbaycan Stolüstü Tennis Federasiyası tərəfindən stolüstü tennis təlimi və uşaqlar arasında yarışlar keçirilib, uşaqlara şahmat yarışlarında, futbol üzrə ustad dərslərində iştirak etmək, öz bacarıq və qabiliyyətlərini nümayiş etdirmək imkanı yaradılıb.

Hər bir uşaq öz sevimli personajını canlandırmağı arzulayır. Bu baxımdan balaca ziyarətçilər “Face art” vasitəsilə üzlərini müxtəlif şəkil və cizgi filmlərinin qəhramanları ilə bəzədə bilib.

Animatorlar isə cizgi filmlərinin qəhrəmanlarını canlandıraraq uşaqların nağıllar aləminə səyahətini, sevimli personajları ilə görüşünü, onlarla birlikdə əylənməsini təşkil edib.

“Street art” - küçə incəsənəti üçün ayrılan ərazidə uşaqlar asfalt üzərində rəsmlər də çəkiblər. Azərbaycan Avtomobil Federasiyası tərəfindən isə uşaqlar üçün yol hərəkəti qaydalarına dair təlimlər keçirilib, Heydər Əliyev Mərkəzinin parkında kiçik avtomobillərlə ralli təşkil olunub.

Bakı Kitab Mərkəzi və F.Köçərli adına Uşaq Kitabxanası uşaq ədəbiyyatı müəllifləri ilə görüş, uşaqlar üçün oxu saatı keçirib.

Arxeoloji meydançada uşaqlar şərti olaraq axtarışlar aparıb, qum altından müxtəlif arxeoloji tapıntı maketlərini aşkar edib, onları tədqiq ediblər.

Heyvanlar aləminə səyahət, azyaşlıların safarinin vəhşi heyvanlarının maketləri ilə tanışlığı və interaktiv oyunlarla maariflənməsi isə “Safari tur” zonasında mümkün olub.

Festivalda gənclərin maraq göstərdiyi “Playstation zonası” da fəaliyyət göstərib.

Uşaqların Beynəlxalq Müdafiəsi günündə onların sağlamlıqları da yaddan çıxmayıb. Parkda fəaliyyət göstərəcək Liv Bona Dea Hospitalı uşaqların pulsuz göz müayinəsini aparıb.

Beləliklə, Heydər Əliyev Mərkəzinin parkı həm əyləncə, həm də yaradıcılıq məkanı kimi uşaqların ixtiyarına verilərək, onlara unudulmaz anlar yaşadılıb.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zelenskidən Trampa AD GÜNÜ TƏBRİKİ

Zelenskidən Trampa AD GÜNÜ TƏBRİKİ

Tramp İsrailin Beyruta zərbəsini pislədi: "Razılaşmanın əldə olunma ərəfəsində bu, yolverilməzdir"

Tramp İsrailin Beyruta zərbəsini pislədi: "Razılaşmanın əldə olunma ərəfəsində bu, yolverilməzdir"

Hikmət Hacıyevin Dilican səfərindən yeni VİDEOSU yayıldı

Hikmət Hacıyevin Dilican səfərindən yeni VİDEOSU yayıldı

Ağ Evin Cənub qazonunda şou: Tramp 80 illik yubileyini UFC döyüşləri ilə qeyd edir - VİDEO

Ağ Evin Cənub qazonunda şou: Tramp 80 illik yubileyini UFC döyüşləri ilə qeyd edir - VİDEO

Rusiya Qara Dəniz Donanmasının komandanlığı Krımı tərk etməyə hazırlaşır

Rusiya Qara Dəniz Donanmasının komandanlığı Krımı tərk etməyə hazırlaşır

Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarıldı - FOTO

Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarıldı - FOTO

İrəvanda gərginlik: MSK rəsmi nəticələri elan etdi, müxalifət binanın qarşısına toplandı - VİDEO

İrəvanda gərginlik: MSK rəsmi nəticələri elan etdi, müxalifət binanın qarşısına toplandı - VİDEO

Polşada dəhşətli hadisə: Həkimin həyətyanı sahəsindən 32 uşaq qalığı tapıldı - FOTO

Polşada dəhşətli hadisə: Həkimin həyətyanı sahəsindən 32 uşaq qalığı tapıldı - FOTO

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəldi

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəldi

İsrail Xarici İşlər Nazirliyi: "Qalibaf yalan danışır"

İsrail Xarici İşlər Nazirliyi: "Qalibaf yalan danışır"

Ermənistanda seçkilərin rəsmi nəticələri açıqlandı: Səslərin yenidən sayılması başa çatdı

Ermənistanda seçkilərin rəsmi nəticələri açıqlandı: Səslərin yenidən sayılması başa çatdı

İran yenidən tərəddüd edir: Tehran rəsmi Vaşinqtonla sazişi imzalamaya bilər

İran yenidən tərəddüd edir: Tehran rəsmi Vaşinqtonla sazişi imzalamaya bilər

FHN Ağdamda baş verən yanğınla bağlı məlumat yaydı

FHN Ağdamda baş verən yanğınla bağlı məlumat yaydı

Gürcüstanda dəhşətli qətl: 2 nəfəri güllələyən şəxs tutuldu

Gürcüstanda dəhşətli qətl: 2 nəfəri güllələyən şəxs tutuldu

Parkda istirahət edənləri qorxudan görüntülər: DİN-dən AÇIQLAMA - VİDEO

Parkda istirahət edənləri qorxudan görüntülər: DİN-dən AÇIQLAMA - VİDEO

Azərbaycan səfiri Peru Prezidentinin QƏBULUNDA - FOTO

Azərbaycan səfiri Peru Prezidentinin QƏBULUNDA - FOTO

Hindistanın hərbi təyyarəsi qəzaya uğradı: Ölənlər var - ANBAAN VİDEO

Hindistanın hərbi təyyarəsi qəzaya uğradı: Ölənlər var - ANBAAN VİDEO

OpenAI “ChatGPT”nin yeni funksiyasını Messi ilə tanıtdı

OpenAI “ChatGPT”nin yeni funksiyasını Messi ilə tanıtdı

Lavrov Fidanla Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasını müzakirə edəcək

Lavrov Fidanla Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasını müzakirə edəcək

Hikmət Hacıyev Ermənistanda Qriqoryanla GÖRÜŞDÜ

Hikmət Hacıyev Ermənistanda Qriqoryanla GÖRÜŞDÜ

İran Beyrutun bombalanmasına görə İsraildən qisas alacağını bəyan etdi

İran Beyrutun bombalanmasına görə İsraildən qisas alacağını bəyan etdi

Hamilə qadın və onu xilas etməyə çalışan əri VƏFAT ETDİ

Hamilə qadın və onu xilas etməyə çalışan əri VƏFAT ETDİ

Qalibaf: "İsrailin Beyruta zərbəsi Tehran və Vaşinqton arasındakı dialoqu sual altında qoyur"

Qalibaf: "İsrailin Beyruta zərbəsi Tehran və Vaşinqton arasındakı dialoqu sual altında qoyur"

Flora Kərimovanın SON DURUMU

Flora Kərimovanın SON DURUMU

End of content

No more pages to load

RADİO