Lənkəran Dövlət Universiteti (LDU) üçün yeni tədris binası inşa olunacaq.
Bizim.Media yerli bürosu xəbər verir ki, tikintisi planlaşdırılan universitet binası H.Z.Tağıyev küçəsi 118 ünvanında yerləşəcək.
Ali təhsil müəsisəsinin həmin ünvanda yerləşən yataqxana və 5 mərtəbəli yeni tədris binasının layihə smeta sənədlərinin hazırlanmasına isə artıq başlanılıb.
Qeyd edək ki, sözügedən universitetin H.Aslanov 50 ünvanında yerləşən yardımçı binasının tikintisi ilə bağlı hazırlıq işləri də hazırda davam etdirilir.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu