Bakı-Quba yolunda yük maşını ilə “Vaz-2106" markalı avtomobil toqquşub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yolun Xızı rayonundan keçən hissəsində baş verən qəzada “Vaz-2106"nın sürücüsü İlham Mirzəyev xəsarət alaraq Sumqayıt şəhər xəstəxanadına çatdırılıb.
Qəzanın səbəbləri araşdırılır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu