“Mayın 15-də sui-qəsd cəhdi nəticəsindəgüllə yarası alan Slovakiyanın Baş naziri Robert Fitsonun səhhəti getdikcə yaxşılaşır”.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə siyasətçinin müalicə aldığı Banska Bıstritsa şəhərindəki Ruzvelt xəstəxanasının baş həkimi Miriam Lapunikovaya məlumat verib.
Xəstəxana rəhbərliyinin məlumatına görə, Fitso cümə axşamı nəzarət tibbi müayinəsindən keçib.
Qeyd edək ki, Slovakiyanın Baş naziri Robert Fitso kabinetin iclasından sonra baş verən atışmada yaralanıb. Atəş Fitso ictimaiyyət arasında çıxdıqdan sonra açılıb. Onu xəstəxanaya aparıblar. Sui-qəsddə təqsirləndirilən 71 yaşlı təqaüdçü yazıçı Juray Cintula saxlanılıb.
Bizim.Media