Zərərçəkən: “Nazim Bəydəmirli oğlumu girov götürmüşdü” - MƏHKƏMƏ

Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirlinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bizim.Media apa-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər ifadə verib.

İş üzrə zərərçəkmiş şəxs Ədalət Bağırov ifadəsində Nazim Bəydəmirli ilə keçmiş hakim Lətif Nəbiyevin vasitəsilə ilə tanış olduğunu deyib: "Mənim Bakıda NZS qəsəbəsində qarajım vardı.
Lətif Nəbiyevlə Nazim Bəydəmirli qaraja gəldilər. Söhbət edib razılaşdıq ki, Nazim Bəydəmirli mənə 170 min dollar verəcək. Bunun qarşılığında qarajın səhmlərindən 30 faizini onun adına keçirtməli idim. Mən də düşündüm ki, özümə ev alaram. Qarajı özəlləşdirəndə əmlak komitəsinin əməkdaşı mənə dedi ki, Nazim çətin adamdır, yola gedə bilməyəcəksən. Dedim biz Gədəbəyliyik söz ağzımdan çıxıb. Qarajın 30 faizin özəlləşdirdik. Sonradan Nazimdən pulu istədim, dedi ki, deputat olacaq, ondan sonra həll edərik”.

Zərərçəkənin sözlərinə görə, sonradan yenə də N. Bəydəmirlidən pulunu istəyib: “Bir gün də Nazim yanında jurnalistlə qaraja gəldi. Məni təhqir etməyə başladı, dedi ki, sən saxtakarsan.

Telefonda mənə video göstərdi, videoda iki kişinin intim görüntüləri vardı. Dedi, elə eləmə, bu videodan sənin də olsun, hər yerdə paylaşaram. Mən də qorxdum, Nazimə 10 min verdim".
Nazim Bəydəmirli isə bu ifadə tək həqiqətin onları Lətif Nəbiyevin tanış etməsi olduğunu deyib.

Daha sonra digər zərərçəkmiş Mürsəl İbrahimov ifadə verib, bildirib ki, Nazim Bəydəmirli onu müflis edib:

"10-15 iranlı müştəri üçün metal alıb, İrana göndərirdim. Bir dəfə iranlı müştərim mənə xüsusi sifariş verdi. O sifarişi isə ancaq Rusiyanın Lipetsk şəhərindən həll etmək mümkün idi. O şəhərdə Nazimlə tanış oldum. İlk başda Nazim mənə müsbət adam kimi gəldi. Sonralar onunla münasibətimiz daha da yaxınlaşdı. Nazimin Rusiyada anbarı vardı. Orda meyvə-tərəvəz işi ilə məşğul olurdu. Mən bir müddət sonra Bakıya qayıtdım. Burda olanda müştərilərimə dedim ki,

Rusiyadan hər şey almaq mümkündür. İranlı tanışım Məmmədrza dedi ki, Rusiyaya alma, makaron apara bilərik. Bu məqsədlə Nazimlə Məmmədrzanı tanış etdim. Onlar öz aralarında müqavilə imzaladılar. Mən təkrar Bakıya qayıtdım. Nazim Novruz bayramı ərəfəsində zəng elədi ki, Bakıdadır. Görüşdük. Nazim dedi ki, pulun varsa, ver araq işinə girək, 50/50 işləyərik. Razılaşdıq, Rusiyada işə başladıq. Üstündən xeyli keçəndən sonra Nazimə dedim, gəl otur, hesab-kitab edək. O isə fırladırdı, gəlmirdi.

Rusiyadaydıq. Bir gün oğlum gecə evə gəlmədi. Zəng gəldi ki, oğlun bizdə girovdur. Nazimə zəng etdim, arvadı açdı. Dedi, bilmirdin belə olacaq? Nazim Rusiyada evləndiyi qadının bacısı ilə bizə gəldi. 70 min dollar istədi. Mənim də evdə 28 min dollarım vardı, onu verdim. 3-4 saat sonra Nazim oğlumu gətirdi. Bir neçə gün sonra oğlumu Bakıya yola saldım.

Bir dəfə də Nazim mənə dedi ki, 30 min dollar ver, rahat Bakıya qayıt. Mən də 30 min dollar verdim, ailəmlə Bakıya qayıtdım. Nazim hər şeyimi əlimdən aldı. Məni müflisləşdirdi. Atama od qoydu".

Təqsirləndirilən Nazim Bəydəmirli isə deyilənlərin yalan olduğunu bildirib.

Növbəti məhkəmə prosesi iyunun 10-na təyin edilib.

Qeyd edək ki, sabiq deputat Nazim Bəydəmirliyə Cinayət Məcəlləsinin 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Daha sonra isə istintaq orqanı tərəfindən Nazim Bəydəmirli barəsində Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu təkrarən tələb etmə) maddəsi ilə yenidən ittiham irəli sürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Lisey və gimnaziyalara qeydiyyat müddəti UZADILDI

Lisey və gimnaziyalara qeydiyyat müddəti UZADILDI

Azərbaycanın bu ölkədə Səfirliyi TƏSİS EDİLDİ – SƏRƏNCAM

Azərbaycanın bu ölkədə Səfirliyi TƏSİS EDİLDİ – SƏRƏNCAM

Sabah 39 dərəcə isti olacaq – PROQNOZ

Sabah 39 dərəcə isti olacaq – PROQNOZ

Mopedlər üçün sürücülük vəsiqəsi TƏLƏB OLUNACAQ – Rüsumlar AÇIQLANDI

Mopedlər üçün sürücülük vəsiqəsi TƏLƏB OLUNACAQ – Rüsumlar AÇIQLANDI

Dron hücumlarından sonra Moskva səması – VİDEO

Dron hücumlarından sonra Moskva səması – VİDEO

Vilayət Eyvazov sıra baxışı keçirdi – FOTO/VİDEO

Vilayət Eyvazov sıra baxışı keçirdi – FOTO/VİDEO

Azərbaycanda YENİ RÜSUM tətbiq olunacaq

Azərbaycanda YENİ RÜSUM tətbiq olunacaq

Spikerdən jurnalistika fakültəsində təhsil alan tələbələrlə bağlı TƏKLİF

Spikerdən jurnalistika fakültəsində təhsil alan tələbələrlə bağlı TƏKLİF

ABŞ səfirliyi bu gün işləməyəcək – FOTO

ABŞ səfirliyi bu gün işləməyəcək – FOTO

Sahib Alıyev: “"Media savadlılığı haqqında" ayrıca qanuna ehtiyac var”

Sahib Alıyev: “"Media savadlılığı haqqında" ayrıca qanuna ehtiyac var”

Media və Yayım Şurasının yaradılması ilə bağlı layihə ilk oxunuşda QƏBUL EDİLDİ

Media və Yayım Şurasının yaradılması ilə bağlı layihə ilk oxunuşda QƏBUL EDİLDİ

İlham Əliyevin kabinetində saxladığı yeganə heykəlin TARİXÇƏSİ – FOTO

İlham Əliyevin kabinetində saxladığı yeganə heykəlin TARİXÇƏSİ – FOTO

Azərbaycanda yumurta kəskin UCUZLAŞDI - FOTO

Azərbaycanda yumurta kəskin UCUZLAŞDI - FOTO

Prezident Qurban Qurbanova “Dostluq” ordenini təqdim etdi – FOTO

Prezident Qurban Qurbanova “Dostluq” ordenini təqdim etdi – FOTO

Rüstəm İsayev vəfat etdi – FOTO

Rüstəm İsayev vəfat etdi – FOTO

Zaqatalada 58 yaşlı kişi qətlə yetirildi – Saxlanılan var – YENİLƏNİB

Zaqatalada 58 yaşlı kişi qətlə yetirildi – Saxlanılan var – YENİLƏNİB

Milli Məclis mühüm sazişi TƏSDİQLƏDİ

Milli Məclis mühüm sazişi TƏSDİQLƏDİ

Bu şəxslərin pensiya yaşı azaldıla bilər – Deputatdan TƏKLİF

Bu şəxslərin pensiya yaşı azaldıla bilər – Deputatdan TƏKLİF

6 ay əvvəl də qəzaya düşmüşdü- Bu dəfə həyatını itirdi...

6 ay əvvəl də qəzaya düşmüşdü- Bu dəfə həyatını itirdi...

Gömrük borcuna görə ölkədən çıxışına “stop” qoyulanların NƏZƏRİNƏ

Gömrük borcuna görə ölkədən çıxışına “stop” qoyulanların NƏZƏRİNƏ

Dövlət büdcəsindəki profisitin MƏBLƏĞİ AÇIQLANDI

Dövlət büdcəsindəki profisitin MƏBLƏĞİ AÇIQLANDI

Hərbçilərə ŞAD XƏBƏR: Maaş artımı gözlənilir

Hərbçilərə ŞAD XƏBƏR: Maaş artımı gözlənilir

Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu ilə bağlı YENİLİK

Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu ilə bağlı YENİLİK

ŞAD XƏBƏR – “Bakıdan qatarla Naxçıvana, Türkiyəyə getmək mümkün olacaq”

ŞAD XƏBƏR – “Bakıdan qatarla Naxçıvana, Türkiyəyə getmək mümkün olacaq”

End of content

No more pages to load

RADİO