Azərbaycanlı sosial media fəallarından Fransanın ədalətsiz hərəkətləri ilə bağlı BƏYANAT

Bir qrup şəxs Fransanın azərbaycanlı sosial media fəallarına qarşı ədalətsiz hərəkətləri ilə bağlı beynəlxalq təşkilatları məlumatlandırmaq məqsədilə Bəyanat yayıb.

Bizim.Media xəbər verir ki, bəyanatda deyilir:

"Özünü söz və ifadə azadlığının müdafiəçisi kimi təqdim etməsinə baxmayaraq, Fransa öz hərəkətləri ilə bağlı müxalif fikirləri riyakarcasına inkar edir.

Biz beynəlxalq qurumları fundamental azadlıqların pozulması hallarına qarşı tədbir görməyə çağırırıq. Bizim XXI əsrdə Fransanın neokolonializm siyasətinə qarşı etirazımız müxtəlif xalqların davamlı istismarı və onların əsarətdə saxlanılması ilə bağlıdır. Fransanın yürütdüyü bu siyasət, o cümlədən iqtisadi istismar və siyasi müdaxilə onun müstəmləkəçilik düşüncəsini davam etdirdiyini göstərir.

Biz aşağıdakı məsələlərə qarşı etirazımızı bildiririk:

1. Fransanın digər ölkələrin resurslarını istismar edən iqtisadi siyasəti;

2. Həmin xalqların suverenliyinə xələl gətirən siyasi müdaxiləsi;

3. Regionlarda sabitliyi pozan separatçı hərəkatlara dəstək verməsi.

Biz sosial mediada narahatlığımızı bildirdikdən sonra Fransa Kibertəhlükəsizlik Agentliyinin (VIGINUM) rəhbərlik etdiyi koordinasiyalı təqib kampaniyasının hədəfinə çevrildik və bu kampaniya bizim fərdi təhlükəsizliyimizə, peşəkar nüfuzumuza və ifadə azadlığımıza ciddi təsir göstərdi.
VIGINUM-un qərəzli ittihamlarından sonra bizə qarşı sosial şəbəkələrdə koordinasiyalı şəkildə təzyiqlər və təhdidlərlə başlanıldı. Bizim sosial şəbəkə hesablarımızın qeydiyyatı zamanı təqdim etdiyimiz məlumatlarımızın məqsədli şəkildə ictimailəşdirilməsi fərdi təhlükəsizliyimizi təhdid altında qoyub.

Fransanın dövlət qurumlarının bu addımları peşəkar imicimizə xələl gətirib, bizə mənəvi zərbələr vurub və ləyaqətimizin alçaldılmasına yol verib.

Fransa qlobal miqyasda dəstəklədiyini iddia etdiyi dəyərlərə qarşı tez-tez çıxış edir. Cənubi Qafqaz regionu Fransanın müstəmləkəsi olmasa belə, bu, Fransanın regionun narahatlıq və qeyri-sabitliyə səbəb olan daxili işlərinə qarışmasına mane olmur.

Xüsusilə Ermənistan və Azərbaycan arasında münaqişədən sonrakı həssas dövrdə Fransa nəticəyə əks təsir göstərən rol oynayır. Hər iki ölkənin sülh sazişinin imzalanması istiqamətində konkret addımlar atdığı bir zamanda, vaxtilə münaqişənin həlli ilə məşğul olan Minsk qrupuna həmsədrlik edən Fransa bunun əvəzində Ermənistanın daxilində revanşist və separatçı ünsürləri dəstəkləməyə üstünlük verir. Fransa bununla sülh prosesinə xələl gətirir və regional gərginliyi daha da artırır.

Bundan başqa, Fransa azərbaycanlılara və türklərə qarşı cinayət törətmiş şəxsləri sığınacaqla təmin edir. Separatçı hərəkatlara və terrorçulara verilən bu dəstək Fransanın sülh və ədalətə sadiqliyinə birbaşa ziddir.

Biz beynəlxalq təşkilatlara çağırış edirik ki, Fransanın öz hərəkətlərinə görə cavab verməsi ilə bağlı tədbir görsünlər. Fransanın yanlış hərəkətlərini ifşa edən səslərin boğulmasını pisləmək və bununla bağlı qanuni tədbirlər görmək vacibdir. Beynəlxalq ictimaiyyət söz və ifadə azadlığı, digər ölkələrin işlərinə qarışmamaq prinsipi kimi əsas dəyərləri sarsıdan hər bir ölkəyə qarşı çıxmalıdır.

Bu dəyərlər sivil dünyanın ayrılmaz hissəsidir, dünyada sülhün və ədalətin qorunması üçün çox böyük əhəmiyyət kəsb edir.
Beynəlxalq təşkilatlar Fransanın bu hərəkətlərinə qarşı sərt mövqe tutmaqla həm ali dəyərlərə sadiq olduqlarını bir daha təsdiqləyə, həm də heç bir ölkəyə ədalətsizliklə mübarizənin qarşısına sədd çəkməyə imkan verilməyəcəyini nümayiş etdirə bilərlər”.

Bəyanatı İslam Bafadarov, Sərvaz Abbasov, Anar Qazıyev, Fatimə Şıxıyeva, Elməddin Behbud, Ayşən Aslan Məmmədli, Samirə Talıbova, Tacəddin Gözəlov, Aygün Cəlilzadə və Fəridə Əyyubova imzalayıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Lisey və gimnaziyalara qeydiyyat müddəti UZADILDI

Lisey və gimnaziyalara qeydiyyat müddəti UZADILDI

Azərbaycanın bu ölkədə Səfirliyi TƏSİS EDİLDİ – SƏRƏNCAM

Azərbaycanın bu ölkədə Səfirliyi TƏSİS EDİLDİ – SƏRƏNCAM

Sabah 39 dərəcə isti olacaq – PROQNOZ

Sabah 39 dərəcə isti olacaq – PROQNOZ

Mopedlər üçün sürücülük vəsiqəsi TƏLƏB OLUNACAQ – Rüsumlar AÇIQLANDI

Mopedlər üçün sürücülük vəsiqəsi TƏLƏB OLUNACAQ – Rüsumlar AÇIQLANDI

Dron hücumlarından sonra Moskva səması – VİDEO

Dron hücumlarından sonra Moskva səması – VİDEO

Vilayət Eyvazov sıra baxışı keçirdi – FOTO/VİDEO

Vilayət Eyvazov sıra baxışı keçirdi – FOTO/VİDEO

Azərbaycanda YENİ RÜSUM tətbiq olunacaq

Azərbaycanda YENİ RÜSUM tətbiq olunacaq

Spikerdən jurnalistika fakültəsində təhsil alan tələbələrlə bağlı TƏKLİF

Spikerdən jurnalistika fakültəsində təhsil alan tələbələrlə bağlı TƏKLİF

ABŞ səfirliyi bu gün işləməyəcək – FOTO

ABŞ səfirliyi bu gün işləməyəcək – FOTO

Sahib Alıyev: “"Media savadlılığı haqqında" ayrıca qanuna ehtiyac var”

Sahib Alıyev: “"Media savadlılığı haqqında" ayrıca qanuna ehtiyac var”

Media və Yayım Şurasının yaradılması ilə bağlı layihə ilk oxunuşda QƏBUL EDİLDİ

Media və Yayım Şurasının yaradılması ilə bağlı layihə ilk oxunuşda QƏBUL EDİLDİ

İlham Əliyevin kabinetində saxladığı yeganə heykəlin TARİXÇƏSİ – FOTO

İlham Əliyevin kabinetində saxladığı yeganə heykəlin TARİXÇƏSİ – FOTO

Azərbaycanda yumurta kəskin UCUZLAŞDI - FOTO

Azərbaycanda yumurta kəskin UCUZLAŞDI - FOTO

Prezident Qurban Qurbanova “Dostluq” ordenini təqdim etdi – FOTO

Prezident Qurban Qurbanova “Dostluq” ordenini təqdim etdi – FOTO

Rüstəm İsayev vəfat etdi – FOTO

Rüstəm İsayev vəfat etdi – FOTO

Zaqatalada 58 yaşlı kişi qətlə yetirildi – Saxlanılan var – YENİLƏNİB

Zaqatalada 58 yaşlı kişi qətlə yetirildi – Saxlanılan var – YENİLƏNİB

Milli Məclis mühüm sazişi TƏSDİQLƏDİ

Milli Məclis mühüm sazişi TƏSDİQLƏDİ

Bu şəxslərin pensiya yaşı azaldıla bilər – Deputatdan TƏKLİF

Bu şəxslərin pensiya yaşı azaldıla bilər – Deputatdan TƏKLİF

6 ay əvvəl də qəzaya düşmüşdü- Bu dəfə həyatını itirdi...

6 ay əvvəl də qəzaya düşmüşdü- Bu dəfə həyatını itirdi...

Gömrük borcuna görə ölkədən çıxışına “stop” qoyulanların NƏZƏRİNƏ

Gömrük borcuna görə ölkədən çıxışına “stop” qoyulanların NƏZƏRİNƏ

Dövlət büdcəsindəki profisitin MƏBLƏĞİ AÇIQLANDI

Dövlət büdcəsindəki profisitin MƏBLƏĞİ AÇIQLANDI

Hərbçilərə ŞAD XƏBƏR: Maaş artımı gözlənilir

Hərbçilərə ŞAD XƏBƏR: Maaş artımı gözlənilir

Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu ilə bağlı YENİLİK

Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu ilə bağlı YENİLİK

ŞAD XƏBƏR – “Bakıdan qatarla Naxçıvana, Türkiyəyə getmək mümkün olacaq”

ŞAD XƏBƏR – “Bakıdan qatarla Naxçıvana, Türkiyəyə getmək mümkün olacaq”

End of content

No more pages to load

RADİO