“Rusiya Xankəndidə Rusiyanın Baş Konsulluğunun açılışına hazırlıqda Azərbaycanın dəstəyinə ümid edir”.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.
“Rusiya 2024-cü ildə Qarabağda baş konsulluğunun açılacaına ümid edir. Yaxın vaxtlarda bununla bağlı hazırlıq işlərinə başlanılacaq”, - deyə Karasin qeyd edib.
Bizim.Media