Ucarda yol qəzası baş verib, xəsarət alan var.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Qarabörk kəndində qeydə alınıb.
Belə ki, qəza zamanı iki minik maşını toqquşub. Nəticədə 1979-cu il təvəllüdlü Ağdaş rayon sakini Tağıyev Rüfət Məhəmədiyyə oğlu xəsarət alıb. Yaralı dərhal Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
Bizim.Media, Aran bürosu