Qusar məktəbində Milli Qəhrəman Çingiz Qurbanovun adına sinif açılıb - FOTO

Qusar şəhərindəki şəhid Bəhruz Ağaverdiyev adına 1 saylı orta məktəbin "2a"sinfinə Azərbaycanın Milli Qəhrəmanı şəhid əsgər Çingiz Salman oğlu Qurbanovun adı verilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu münasibətlə məktəbin xüsusi dizaynla hazırlanaraq orijinal tərtibat verilmiş "2a"sinfində təntənəli açılış mərasimi baş tutub.

Mərasimdə öncə Azərbaycanın Dövlət Himni səslənib. Şagirdlər əvvəlcə vətənpərvərliyi tərənnüm edən şeirlər səsləndiriblər. Şəhid əsgər Çingiz Qurbanov da daxil olmaqla, bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İkincilərin ifasında Çingiz Qurbanova həsr edilmiş "Ana, mən əsgər gedirəm" adlanan videoçarx nümayiş olunub. Videoçarxda Milli Qəhrəmanın həyatı şagirdlərin iştirakı ilə canlandırılıb.

Daha sonra Qusar şəhərindəki Şəhidlər Xiyabanında Çingiz Qurbanovun məzarını ziyarət edən "2a"sinfinin şagirdləri qəhrəman əsgərin məzarı önündə Vətəni, xalqı, torpağımızı, insanları Milli Qəhrəmanımız kimi sevəcəklərinə dair "Çingiz andı" içiblər.

Bu təsirli səhnəciklər mərasimə qatılan Milli Qəhrəmanın valideynləri Salman və Nailə Qurbanovları çox təsirləndirib. Oğlu ilə qürur duyduğunu söyləyən Salman Qurbanov təşkilatçılara təşəkkür edərək rayonun, eləcə də respublikanın bütün məktəblərində şəhidlərimizin belə xatirə sniflərinin açılmasının vacibliyini bildirib.

Məktəbin direktoru Arif Xəlilov ötən ildən başlayaraq təhsil ocağında siniflərə şəhid adlarının verilməsinə başlanıldığını bildirib. Tədbirdə iştirak edən valideynlər və Qusar icra hakimiyyətinin nümayəndəsi də belə əhatəli və baxımlı tədbirə görə məktəb rəhbərliyinə və sinif müəlliminə minnətdarlıq ediblər.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dnepropetrovsk vilayətinin 23 yaşayış məntəqəsindən əhali məcburi təxliyə edilir

Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi – FOTO

"Adolf Hitler" pitsa sifariş etdi – POLİS SAXLADI - FOTO

Həyat yoldaşına sürpriz etmək istəyən kişi GÜLLƏLƏNDİ – ANBAAN VİDEO

Moskva səmasında mülki PUA-ların və yüngül təyyarələrin uçuşuna QADAĞA

Millimizin hücumçusu Rumıniya klubuna KEÇDİ

Çinli məmur rüşvətə görə ölüm cəzasına MƏHKUM EDİLDİ

"Neftçi"nin Konfrans Liqasındakı potensial rəqibi BƏLLİ OLDU

Tramp: "Neftin qiyməti əvvəlki dövrlə müqayisədə daha ucuz olacaq"

Himayədar ailələrin sayı azalır - Mentalitet, yoxsa məsuliyyət qorxusu?

Rusiya telekanalında İRQÇİ TƏKLİF: ABŞ-dan gələn qaradərili reperlərin cibinə narkotik vasitə qoyun - VİDEO

Sertifikasiyanın ilk günü imtahanda 606 müəllim iştirak etdi

Məşhur xanəndə: "3 ay bir ayağım tamamilə işləmədi, yatağa düşdüm"

Karapetyanın partiyasının deputatı toxunulmazlıqdan MƏHRUM EDİLDİ

Toydan əvvəl bu sənədi imzalayanlar sonradan məhkəmə yollarında qalmır

Prezident bu şəxsləri təltif etdi – ADLAR

Ukrayna belaruslu uşaqları daşıyan avtobusu VURDU – Ölən və yaralılar var – FOTO

Tramp: İranla razılaşma olmasaydı, dünyada depressiya baş verərdi

Ülvi İsgəndərov daha bir il “Araz Naxçıvan”da

Qonşularını görməmək üçün boş torpaq sahəsinə 67 milyon dollar xərclədilər

Avtomobil nasazlığa görə yolda qalarsa, sürücü nə etməlidir? – QAYDALAR

Samir Nuriyevin sədrliyi ilə Ağdərədə iclas keçirildi – FOTO

Dizaynerlər artıq laminatı tövsiyə etmir: Döşəmə örtükləri üçün yeni dəb

Messi Əlcəzairə vurduğu ilk qoldan sonra ağladı: "Bunun futbolla heç bir əlaqəsi yoxdur”

End of content

No more pages to load

RADİO