Paytaxt sakinləri İran Prezidenti və onu müşayiət edən şəxslərin xatirəsini anmaq üçün İranın Bakıdakı səfirliyinin qarşısına gələrək yad edirlər.
Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Xatırladaq ki, helikopter qəzasında prezident İbrahim Rəisi, xarici işlər naziri Hüseyin Əmir Abdullahiyan, Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rahmati, Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşim, İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Mehdi Musəvi və 3 pilot həlak olub.

Bizim.Media