Cavanşir körpüsü artıq bağlıdır: Yeni istiqamətlər – FOTO  

Bakının Xətai rayonunda yerləşən Cavanşir körpüsünün sökülməsinə başlanılıb, ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. 

Bizim.Media “report.az”a istinadən xəbər verir ki, nəqliyyat vasitələrinin Yusif Səfərov küçəsindən mərkəz istiqamətində hərəkəti 28 May küçəsindən olacaq. 

Afiyəddin Cəlilov küçəsindən mərkəzə hərəkət edəcək nəqliyyat vasitələri Fəzail Bayramov küçəsinə yönləndirilməklə hərəkətlərini Sabit Orucov, Nizami küçələri istiqamətində davam etdirə biləcəklər.

Buna görə F.Bayramov küçəsində mövcud ikitərəfli hərəkət ləğv edilərək S.Orucov küçəsi istiqamətində birtərəfli hərəkət təşkil ediləcək. F.Bayramov və S.Orucov küçələrinin kəsişməsi işıqfor vasitəsilə nizamlanacaq. S.Orucov və Nizami küçələrində isə öz növbəsində hazırkı hərəkətə əks istiqamətdə birtərəfli hərəkət təşkil olunacaq. 

Nizami küçəsi vasitəsilə mərkəzə doğru hərəkət edəcək nəqliyyat vasitələri Kövkəb Səfərəliyeva və Puşkin küçələri vasitəsilə Üzeyir Hacıbəyli küçəsinə çıxa biləcəklər.

Nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə K.Səfərəliyeva küçəsinin Ələddin Quliyev küçəsindən Ü.Hacıbəyli küçəsinədək olan hissəsində, eləcə də Puşkin küçəsinin 28 May küçəsi ilə Ü.Hacıbəyli küçəsi arasındakı hissəsində Neftçilər prospekti istiqamətində hərəkət birtərəfli olacaq. 

Bununla yanaşı, K.Səfərəliyeva küçəsindən Ü.Hacıbəyli küçəsinin şərqində (Cavanşir körpüsü tərəf) mövcud istiqamət saxlanılaraq əks istiqamətə də avtomobillərin hərəkətinə icazə veriləcək. 

Həmçinin 28 May küçəsində əlavə nəqliyyat ləngimələrinin qarşısını almaq məqsədilə Mehdi Mehdizadə küçəsindən 28 May küçəsinə birbaşa çıxış məhdudlaşdırılır. Sürücülərin Y.Səfərov küçəsində yerləşən geriyə dönmə yerindən istifadə etməsi tövsiyə olunur. 
Qeyd edək ki, körpünün istismar müddəti bitdiyinə görə yolötürücü nəqliyyat vasitələri üçün təhlükə mənbəyinə çevrilib. 












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Trampın "G7" liderləri ilə görüşdə zarafatı: "Mən bossam" – VİDEO

Trampın "G7" liderləri ilə görüşdə zarafatı: "Mən bossam" – VİDEO

Dnepropetrovsk vilayətinin 23 yaşayış məntəqəsindən əhali məcburi təxliyə edilir

Dnepropetrovsk vilayətinin 23 yaşayış məntəqəsindən əhali məcburi təxliyə edilir

Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi – FOTO

Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi – FOTO

"Adolf Hitler" pitsa sifariş etdi – POLİS SAXLADI - FOTO

"Adolf Hitler" pitsa sifariş etdi – POLİS SAXLADI - FOTO

Həyat yoldaşına sürpriz etmək istəyən kişi GÜLLƏLƏNDİ – ANBAAN VİDEO

Həyat yoldaşına sürpriz etmək istəyən kişi GÜLLƏLƏNDİ – ANBAAN VİDEO

Moskva səmasında mülki PUA-ların və yüngül təyyarələrin uçuşuna QADAĞA

Moskva səmasında mülki PUA-ların və yüngül təyyarələrin uçuşuna QADAĞA

Millimizin hücumçusu Rumıniya klubuna KEÇDİ

Millimizin hücumçusu Rumıniya klubuna KEÇDİ

Çinli məmur rüşvətə görə ölüm cəzasına MƏHKUM EDİLDİ

Çinli məmur rüşvətə görə ölüm cəzasına MƏHKUM EDİLDİ

"Neftçi"nin Konfrans Liqasındakı potensial rəqibi BƏLLİ OLDU

"Neftçi"nin Konfrans Liqasındakı potensial rəqibi BƏLLİ OLDU

Tramp: "Neftin qiyməti əvvəlki dövrlə müqayisədə daha ucuz olacaq"

Tramp: "Neftin qiyməti əvvəlki dövrlə müqayisədə daha ucuz olacaq"

Himayədar ailələrin sayı azalır - Mentalitet, yoxsa məsuliyyət qorxusu?

Himayədar ailələrin sayı azalır - Mentalitet, yoxsa məsuliyyət qorxusu?

Rusiya telekanalında İRQÇİ TƏKLİF: ABŞ-dan gələn qaradərili reperlərin cibinə narkotik vasitə qoyun - VİDEO

Rusiya telekanalında İRQÇİ TƏKLİF: ABŞ-dan gələn qaradərili reperlərin cibinə narkotik vasitə qoyun - VİDEO

Sertifikasiyanın ilk günü imtahanda 606 müəllim iştirak etdi

Sertifikasiyanın ilk günü imtahanda 606 müəllim iştirak etdi

Məşhur xanəndə: "3 ay bir ayağım tamamilə işləmədi, yatağa düşdüm"

Məşhur xanəndə: "3 ay bir ayağım tamamilə işləmədi, yatağa düşdüm"

Karapetyanın partiyasının deputatı toxunulmazlıqdan MƏHRUM EDİLDİ

Karapetyanın partiyasının deputatı toxunulmazlıqdan MƏHRUM EDİLDİ

Toydan əvvəl bu sənədi imzalayanlar sonradan məhkəmə yollarında qalmır

Toydan əvvəl bu sənədi imzalayanlar sonradan məhkəmə yollarında qalmır

Prezident bu şəxsləri təltif etdi – ADLAR

Prezident bu şəxsləri təltif etdi – ADLAR

Ukrayna belaruslu uşaqları daşıyan avtobusu VURDU – Ölən və yaralılar var – FOTO

Ukrayna belaruslu uşaqları daşıyan avtobusu VURDU – Ölən və yaralılar var – FOTO

Tramp: İranla razılaşma olmasaydı, dünyada depressiya baş verərdi

Tramp: İranla razılaşma olmasaydı, dünyada depressiya baş verərdi

Ülvi İsgəndərov daha bir il “Araz Naxçıvan”da

Ülvi İsgəndərov daha bir il “Araz Naxçıvan”da

Qonşularını görməmək üçün boş torpaq sahəsinə 67 milyon dollar xərclədilər

Qonşularını görməmək üçün boş torpaq sahəsinə 67 milyon dollar xərclədilər

Avtomobil nasazlığa görə yolda qalarsa, sürücü nə etməlidir? – QAYDALAR

Avtomobil nasazlığa görə yolda qalarsa, sürücü nə etməlidir? – QAYDALAR

Samir Nuriyevin sədrliyi ilə Ağdərədə iclas keçirildi – FOTO

Samir Nuriyevin sədrliyi ilə Ağdərədə iclas keçirildi – FOTO

Dizaynerlər artıq laminatı tövsiyə etmir: Döşəmə örtükləri üçün yeni dəb

Dizaynerlər artıq laminatı tövsiyə etmir: Döşəmə örtükləri üçün yeni dəb

End of content

No more pages to load

RADİO