Emin Əmrullayev Birləşmiş Krallıqda Qarabağ Universitetindən danışdı - FOTO

Dövlət təqaüdü ilə təhsil alan azərbaycanlı gənclər dünyanın ən nüfuzlu universitetlərində oxuyur.

Azərbaycanın Britaniyadakı Səfirliyindən Bizim.Media-ya verilən məlumata görə, bu sözləri respublikamızın elm və təhsil naziri Emin Əmrullayev Birləşmiş Krallığa səfəri çərçivəsində Britaniya universitetlərində dövlət təqaüdü ilə təhsil alan azərbaycanlı tələbələrlə ölkəmizin krallıqdakı səfirliyində keçirdiyi görüşdə deyib.

E.Əmrullayev tələbələrə Azərbaycanda elm və təhsil sahəsində aparılan islahatlar və gələcək planlar barədə məlumat verib.

Xüsusən işğaldan azad edilmiş ərazilərdə həyata keçirilməsi planlaşdırılan irimiqyaslı təhsil layihələrindən bəhs edən nazir Şuşada tikilməkdə olan unikal məktəb, eləcə də Xankəndidə tikilməkdə olan Qarabağ Universiteti və bu kontekstdə nəzərdə tutulan layihələrdən söz açıb.

Nazir bildirib ki, Qarabağ Universiteti əslində yeni məfhum deyil və 1969-cu ildən etibarən Xankəndidə mövcud olan pedaqoji universitetin davamıdır. Xankəndi Universitetində riyaziyyat, kompyuter elmləri, təbiətşünaslıq, turizm, musiqi, iqtisadiyyat və biznes, humanitar və digər sahələr olmaqla müxtəlif ixtisaslar açılacaq. Məqsəd bu universiteti beynəlxalq elm və tədqiqat mərkəzi, həmçinin Qafqazın keyfiyyətli ali təhsil mərkəzinə çevirməkdir.

Bundan əlavə, xaricdə təhsil üzrə müxtəlif dövlət proqramları, ali təhsil ocaqları, ikili proqramlar, beynəlxalq təhsil layihələri barədə də danışan elm və təhsil naziri Azərbaycanda doktorantura təhsilinin inkişafı sahəsində görülməkdə olan işlər haqqında da məlumat verib.

E.Əmrullayev dövlət proqramı çərçivəsində azərbaycanlı tələbələrin daha çox dünyanın ən nüfuzlu və yüksək keyfiyyətli universitetlərinə qəbul olunmasının sevindirici hal olduğunu vurğulayıb, bu göstəricinin önümüzdəki illərdə də artan dinamika ilə davam edəcəyinə ümid ifadə edib.

Nazir sonra tələbələrin müxtəlif suallarını cavablayıb, xatirə şəkli çəkdirib.

Qeyd edək ki, elm və təhsil naziri 19-22 may tarixlərində London şəhərində keçirilməkdə olan Dünya Təhsil Forumunda iştirak etmək üçün Birləşmiş Krallıqda işgüzar səfərdədir.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dnepropetrovsk vilayətinin 23 yaşayış məntəqəsindən əhali məcburi təxliyə edilir

Dnepropetrovsk vilayətinin 23 yaşayış məntəqəsindən əhali məcburi təxliyə edilir

Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi – FOTO

Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi – FOTO

"Adolf Hitler" pitsa sifariş etdi – POLİS SAXLADI - FOTO

"Adolf Hitler" pitsa sifariş etdi – POLİS SAXLADI - FOTO

Həyat yoldaşına sürpriz etmək istəyən kişi GÜLLƏLƏNDİ – ANBAAN VİDEO

Həyat yoldaşına sürpriz etmək istəyən kişi GÜLLƏLƏNDİ – ANBAAN VİDEO

Moskva səmasında mülki PUA-ların və yüngül təyyarələrin uçuşuna QADAĞA

Moskva səmasında mülki PUA-ların və yüngül təyyarələrin uçuşuna QADAĞA

Millimizin hücumçusu Rumıniya klubuna KEÇDİ

Millimizin hücumçusu Rumıniya klubuna KEÇDİ

Çinli məmur rüşvətə görə ölüm cəzasına MƏHKUM EDİLDİ

Çinli məmur rüşvətə görə ölüm cəzasına MƏHKUM EDİLDİ

"Neftçi"nin Konfrans Liqasındakı potensial rəqibi BƏLLİ OLDU

"Neftçi"nin Konfrans Liqasındakı potensial rəqibi BƏLLİ OLDU

Tramp: "Neftin qiyməti əvvəlki dövrlə müqayisədə daha ucuz olacaq"

Tramp: "Neftin qiyməti əvvəlki dövrlə müqayisədə daha ucuz olacaq"

Himayədar ailələrin sayı azalır - Mentalitet, yoxsa məsuliyyət qorxusu?

Himayədar ailələrin sayı azalır - Mentalitet, yoxsa məsuliyyət qorxusu?

Rusiya telekanalında İRQÇİ TƏKLİF: ABŞ-dan gələn qaradərili reperlərin cibinə narkotik vasitə qoyun - VİDEO

Rusiya telekanalında İRQÇİ TƏKLİF: ABŞ-dan gələn qaradərili reperlərin cibinə narkotik vasitə qoyun - VİDEO

Sertifikasiyanın ilk günü imtahanda 606 müəllim iştirak etdi

Sertifikasiyanın ilk günü imtahanda 606 müəllim iştirak etdi

Məşhur xanəndə: "3 ay bir ayağım tamamilə işləmədi, yatağa düşdüm"

Məşhur xanəndə: "3 ay bir ayağım tamamilə işləmədi, yatağa düşdüm"

Karapetyanın partiyasının deputatı toxunulmazlıqdan MƏHRUM EDİLDİ

Karapetyanın partiyasının deputatı toxunulmazlıqdan MƏHRUM EDİLDİ

Toydan əvvəl bu sənədi imzalayanlar sonradan məhkəmə yollarında qalmır

Toydan əvvəl bu sənədi imzalayanlar sonradan məhkəmə yollarında qalmır

Prezident bu şəxsləri təltif etdi – ADLAR

Prezident bu şəxsləri təltif etdi – ADLAR

Ukrayna belaruslu uşaqları daşıyan avtobusu VURDU – Ölən və yaralılar var – FOTO

Ukrayna belaruslu uşaqları daşıyan avtobusu VURDU – Ölən və yaralılar var – FOTO

Tramp: İranla razılaşma olmasaydı, dünyada depressiya baş verərdi

Tramp: İranla razılaşma olmasaydı, dünyada depressiya baş verərdi

Ülvi İsgəndərov daha bir il “Araz Naxçıvan”da

Ülvi İsgəndərov daha bir il “Araz Naxçıvan”da

Qonşularını görməmək üçün boş torpaq sahəsinə 67 milyon dollar xərclədilər

Qonşularını görməmək üçün boş torpaq sahəsinə 67 milyon dollar xərclədilər

Avtomobil nasazlığa görə yolda qalarsa, sürücü nə etməlidir? – QAYDALAR

Avtomobil nasazlığa görə yolda qalarsa, sürücü nə etməlidir? – QAYDALAR

Samir Nuriyevin sədrliyi ilə Ağdərədə iclas keçirildi – FOTO

Samir Nuriyevin sədrliyi ilə Ağdərədə iclas keçirildi – FOTO

Dizaynerlər artıq laminatı tövsiyə etmir: Döşəmə örtükləri üçün yeni dəb

Dizaynerlər artıq laminatı tövsiyə etmir: Döşəmə örtükləri üçün yeni dəb

Messi Əlcəzairə vurduğu ilk qoldan sonra ağladı: "Bunun futbolla heç bir əlaqəsi yoxdur”

Messi Əlcəzairə vurduğu ilk qoldan sonra ağladı: "Bunun futbolla heç bir əlaqəsi yoxdur”

End of content

No more pages to load

RADİO