Bir müddət əvvəl itkin düşən qadının meyiti bu gün axşam saatlarında Lənkəranda, Hacı Zeynalabdin Tağiyev küçəsi 1-də tapılıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, meyit sözügedən ünvanda həyətdə basdırıldığı yerdən çıxarılıb.
Hazırda hüquq-mühafizə orqanları əməkdaşları adı çəkilən ünvanda istintaq aparırlar.
Faktla bağlı Lənkəran rayon prokurorluğunda araşdırma davam etdirilir.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu