Əhmədbəyli-Füzuli-Şuşa yolunun tikintisi ilə bağlı YENİ DETALLAR

"Başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu digər yola nisbətən daha qısadır. Əsas hissəsi dağlıq relyefdən keçən yolda maksimum eniş-yoxuş mailliyi 6 dərəcədən çox olmayacaq ki, bu da gediş gəlişi daha çox rahatlaşdıracaq".

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Qarabağ Layihələri üzrə Mühəndisi Əyyub Hüseynov AZƏRTAC-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, ümumi uzunluğu 81,7 km olan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının inzibati ərazilərindən keçməklə inşa olunur.
Yol birinci texniki dərəcənin tələblərinə uyğun olaraq tikilir və ilk 48 kilometr hissəsi 6 hərəkət hissəli, 33,7 kilometr hissəsi isə 4 zolaqlıdır. Yolun torpaq yatağının eni 29,5 və 21,5 metrə bərabərdir. Yol oxu boyu 7 ədəd tunel, 11 ədəd körpü, 9 ədəd viaduk, 38 ədəd alt keçid, 194 ədəd dairəvi boru mövcuddur. Avtomobil yolu boyu torpaq yatağı daxil olmaqla əsas işlərin icrası başa çatıb. 

Yol yatağının tikintisinə başlanılıb və əsasən qırmadaş layı, dənəvər layın və üst asfalt-beton layının işləri üçün tam hazırlıq görülüb. İşlərin vaxtında və keyfiyyətli aparılması üçün əraziyə kifayət sayda canlı işçi qüvvəsi və texnika cəlb olunub. Yol oxu boyunca yerləşən 7 ədəd tunel var. “Tunel-1”in uzunluğu birtərəfli olmaqla 3370 metrə bərabərdir.

Ümumilikdə isə 7 ədəd tunelin uzunluğu isə hər iki istiqamət daxil olmaqla 12690 metr təşkil edir və hər bir tunel 2 gediş və 2 gəliş zolaqlıdır. Tunellərin hərəkət hissəssinin eni 8 metr, qabariti isə 7 metr 32 santimetrdir. Tunellər də daxil olmaqla yolda əsas işlərin bu il tamamlanması nəzərdə tutulur. 

Növbəti ildə isə tunellərdə havalandırma və işıqlandırma, yol oxu boyu isə işıqlandırma işləri əyrixəttli brusların quraşdırılması və yolun nişanlanması işləri başa çatdırılacaq. 

Tunellər həm də yolun qısalmasında mühüm rol oynayır. “Tunel-1” hesabına yol 1 kilometr qısalmaqla həm də 10-a yaxın eniş-yoxuşlu hissənin maneə kimi aradan qaldırılması mümkün olur. 
Ümumilikdə isə yol üzərində inşa qurğular hesabına mövcud yol digər yola nisbətən 19,3 kilometr qısadır. Birinci texniki dərəcəyə uyğun inşa olunduğu üçün yolda maksimum eniş və yoxuş 6 dərəcədən çox olmayacaq ki, bu da daha rahat gediş-gəlişi təmin edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağ Ev İranla razılaşmasının 14 maddəsini açıqladı - TAM MƏTN

Ağ Ev İranla razılaşmasının 14 maddəsini açıqladı - TAM MƏTN

İsrail HAMAS-ın daha bir komandirini öldürdüyünü açıqladı

İsrail HAMAS-ın daha bir komandirini öldürdüyünü açıqladı

Azərbaycanda "Roblox" bloklana bilər - Dövlət Komitəsindən xəbərdarlıq

Azərbaycanda "Roblox" bloklana bilər - Dövlət Komitəsindən xəbərdarlıq

Portuqaliya millisinin DÇ-2026-dan kənarlaşdırılması tələb olundu

Portuqaliya millisinin DÇ-2026-dan kənarlaşdırılması tələb olundu

Məhərrəmlikdə musiqi dinləyən günah qazanır? - İlahiyyatçıdan cavab

Məhərrəmlikdə musiqi dinləyən günah qazanır? - İlahiyyatçıdan cavab

Atəşkəsə baxmayaraq, Qəzzada 8 ayda mindən çox fələstinli həlak olub

Atəşkəsə baxmayaraq, Qəzzada 8 ayda mindən çox fələstinli həlak olub

"Yazırlar ki, gül kimi qız idin, niyə estetik edirsən?"

"Yazırlar ki, gül kimi qız idin, niyə estetik edirsən?"

Qəbulda 400 balı toplayan tələbə qızlarımız - FOTO

Qəbulda 400 balı toplayan tələbə qızlarımız - FOTO

JEK də pul istəyir, bələdiyyə də - Hansına ödəyək?

JEK də pul istəyir, bələdiyyə də - Hansına ödəyək?

Bakıda binanın damında qanunsuz tikinti aparılır? - Qurumlardan açıqlama - VİDEO

Bakıda binanın damında qanunsuz tikinti aparılır? - Qurumlardan açıqlama - VİDEO

Əlaqələndirmə Qərargahının Qarabağda monitorinqindən GÖRÜNTÜLƏR - VİDEO

Əlaqələndirmə Qərargahının Qarabağda monitorinqindən GÖRÜNTÜLƏR - VİDEO

DÇ-2026: Portuqaliya Konqo ilə heç-heçə edib

DÇ-2026: Portuqaliya Konqo ilə heç-heçə edib

Tramp İrana vurulan ziyandan danışdı: “15-20 il vaxt lazım olacaq”

Tramp İrana vurulan ziyandan danışdı: “15-20 il vaxt lazım olacaq”

Corcia Melonidən Ukrayna məsələsi ilə bağlı TƏKLİF

Corcia Melonidən Ukrayna məsələsi ilə bağlı TƏKLİF

Ölkə birincisi: “IX sinifdən hazırlığa getmişəm”

Ölkə birincisi: “IX sinifdən hazırlığa getmişəm”

Bəqai: “Sazişi Pezeşkianla Tramp imzalaya bilər”

Bəqai: “Sazişi Pezeşkianla Tramp imzalaya bilər”

Putin Kazanda Hakan Fidanla görüşdü - VİDEO

Putin Kazanda Hakan Fidanla görüşdü - VİDEO

“Real” “Barselona” ilə bağlı UEFA-ya müraciət etdi

“Real” “Barselona” ilə bağlı UEFA-ya müraciət etdi

Bu gün avtobuslarda ödəniş zamanı yaranan problemlə bağlı RƏSMİ AÇIQLAMA

Bu gün avtobuslarda ödəniş zamanı yaranan problemlə bağlı RƏSMİ AÇIQLAMA

Bəzi ərazilərdə qaz olmayacaq

Bəzi ərazilərdə qaz olmayacaq

Gəncədə su üstündə DAVA: Qonşular bir-birini xəstəxanalıq etdi

Gəncədə su üstündə DAVA: Qonşular bir-birini xəstəxanalıq etdi

Trampın İranla bağlı bəyanatları: “Saziş 60 gün ərzində əldə olunmasa...”

Trampın İranla bağlı bəyanatları: “Saziş 60 gün ərzində əldə olunmasa...”

Vatikan kardinalı Şəkinin qədim abidələrini ziyarət edib - FOTO

Vatikan kardinalı Şəkinin qədim abidələrini ziyarət edib - FOTO

Konqoda Eboladan ölənlərin sayı yüksəldi – Qonşu ölkələr üçün RİSK VAR

Konqoda Eboladan ölənlərin sayı yüksəldi – Qonşu ölkələr üçün RİSK VAR

End of content

No more pages to load

RADİO