Bakının baş planında tramvay və ya metrobus xətlərinin yaradılması qeyd olunub. Eyni zamanda, bunun relsli klassik tramvay və yaxud ayrılmış zolaqla sürət avtobusu (BRT) olacağı ayrıca dəqiqləşdirilməyib.
Bizim.Media xəbər verir ki, bunu "Sputnik Azərbaycan" nəşrinə açıqlamasında urbanist Anar Əliyev deyib.
Onun sözlərinə görə, baş planda Azadlıq prospekti, Neftçilər prospekti, Füzuli küçəsində həmin xətlərinin çəkilməsi öz əksini tapıb:
"Həmçinin Qara Qarayev prospektində də bu, məqsədəuyğun olar".
Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə isə bildirib ki, paytaxtda tramvay xəttinin reallaşmasına artıq başlanılıb, layihələndirmə prosesi aparılır.
Bizim.Media