Aparıcı və aktyor Elcan Rəsulov xəstəxanaya yerləşdirilib.
Bizim.Media xəbər verir ki, bu barədə aktyor özünün “Instagram” sosial şəbəkə hesabında məlumat verib.
“Dostlar, son iki gündə telefonlara cavab verə bilmirəm, üzrlü hesab edin. Sırf səhhətimlə əlaqədardır. Yaxın günlərdə hər şey normala dönəcək”, - deyə Elcan xəstəxanadan çəkilmiş fotosunu paylaşıb.
Qeyd edək ki, ötən ilin yay aylarında da səhhəti qəfil pisləşdiyi üçün özəl klinikaların birinə yerləşdirilən Elcan Rəsulov ödündən əməliyyat olunmuşdu.

Bizim.Media