Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində hərəkətdə olan "Prado" markalı minik avtomobili mikroavtobusa çırpılıb.
Hadisə yerinə cəlb olunan Təcili tibbi yardım briqadasının əməkdaşları tərəfindən mikroavtobusda olan bir neçə şəxsə yerində ilkin tibbi yardım göstərilib.
Hazırda ilkin araşdırmalar aparılır.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu