Rusiyanın paytaxtı Moskvada baş vermiş qəzada həmyerlimiz faciəvi şəkildə həlak olub.
Bizim.Media-nın cənub bürosu xəbər verir ki, sürətlə hərəkət edən yük maşını park edilən digər iri nəqliyyat və minik avtomobilinə çırpılıb.
Minik avtomobilinin qarşısında dayanmış Lənkəran rayonun Mamusta kəndindən olan Elman Qubadov iki avtomobilin arasında qalaraq faciəvi şəkildə dünyasını dəyışib.
Sabutay, Bizim.Media, Cənub bürosu