Ağdam Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Rövşən Əhmədov tutduğu vəzifədən azad edilib.
Bizim.Media-nın yerli bürosunun əldə etdiyi məlumata görə, R.Əhmədovun yerinə Canəli Nəbiyev təyin olunub.
Qeyd edək ki, yeni təyin olunan C.Nəbiyev bundan əvvəl Xocavənd Mərkəzi Rayon Xəstəxanasının direktoru vəzifəsində çalışıb.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu