Bakı şəhəri Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsində yol-nəqliyyat hadisəsi baş verib.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Bizim.Media-ya bildirilib ki, qəza səbəbindən Ziya Bünyadov prospekti istiqamətində sıxlıq yaranıb.
Mərkəzin əməkdaşları tərəfindən yol polisinə məlumat verilib. Sıxlığın qarşısını almaq üçün tədbirlər görülür.
Bizim.Media