Qrammatikamız niyə ingilis dilinə uyğunlaşdırılır? - Məgər biz müstəmləkəyik?!.

Öncə tarixçi, sosioloq, antropoloq, psixoloq və s. mütəxəssislərə bir sualım var. Görəsən, niyə xalqımızın böyük bir hissəsi özünə doğma olan bəzi vacib milli söz, adət, davranış, qaydalardan və s. xa0asanlıqla imtina edərək özgə millətlərə, cəmiyyətlərə xas lazımsız və lüzumsuz adət və vərdişləri asanlıqla mənimsəyir? Misal üçün avropalıdan, amerikalıdan, ingilisdən, fransızdan, rusdan və s. elementar mədəni davranış qaydalarını, məsələn, nəsə alanda qaydasıyla növbəyə durmağı, ictimai yerdə, küçədə, nəqliyyatda ucadan danışmamağı, tum çırtlayıb qalıqlarını ayaq altına tökməməyi, siqaret çəkib kötüyünü xa0hara gəldi tullamamağı, yerə tüpürməməyi, saqqızı çeynəyib masaların altına yapışdırmamağı, səkilərə, parklara atmamağı, “Qalenvagen”x9ddə oturub xa0“hel”x9di başına çəkib bankasını küçənin ortasına vıyıldatmamağı, çimərliklərdə qarpız, pomidor, xiyar qabıqlarını oturduğumuz qumun üzərinə dağıdıb getməməyi və s. öyrənmirik? Amma qadın və qızlarımızı, toyda gəlinlərimizi yarıçılpaq geyindirməyi, bəylə gəlinə şampan içirtməyi, dəli kimi “bravo”x9d qışqırmağı, ağsaqqallı- ağbirçəkli “medlennı”x9d oynamağı və ya qaranlıqda yanın-sönən işıqlar altında cin kimi atılıb-düşməyi, qarşısında ata-ana, böyük-kiçik olduğunun fərqinə varmadan ayağını ayağının üstə aşırmanı və s. tez mənimsəyirik?

Oxşar sual doğma dilimizə yanaşmada da meydana çıxır. 2 əsrə yaxın Rusiya əsarətində yaşamışıq və yaşlı nəsil bir sıra sözləri rusca işlətməyə vərdiş edib. “Uje”x9d, “davay”x9d, “paka”x9d, “yest”x9d, marojna”x9d, xaladennik”x9d, “silesar”x9d, “afitser”x9d, “zauç”x9d, “pradukt”x9d, “vilka”x9d, “çaşka”x9d və s. dilmizdən “yapışıb qopmayan”x9d parazit sözlərdir. On llərdir qohum-əqrəba, dost-tanış, onların övladlarının və s.həmin sözləri doğma Azərbaycan türkcəsindəki qarşılıqlarıyla əvəzləmələrinə çalışsaq da, cəhdlərimiz çox cüzi nəticə xa0verir. Nəsillər dəyişsə də, qaydalar dəyişmir...
1991-ci ildən bəriki müstəqillik dediyimiz dövrdə isə növbəti xarici dalğa üstümüzü alıb. Bu dəfə məşhur ingilis sözləri yapışıb dilimizə: “super”x9d,”x9dful”x9d “okey”x9d, “no problem”x9d,”x9dbravo”x9d və s. Amma bu dil məişət dilindən daha çox şəhərlərimizdəki dükan, otel, firma və s. adlara nüfuz edib. Elə əndrabadi adlar qoyulur ki, heç adı qoyanın özü də onun mənasını bilmir. Məqsəd, sadəcə, özünü göstərmək, fərqlənmək istəyidi. Şəhər “saray”x9d xa0mənasını verən “plaza”x9d sözləri ilə dopdoludur. Elə küçələr var ki, xa0adlar başdan-başa ingilis və rus, hətta yapon dilində yazılıb, öz dilimizdə yazılanlar isə kiçik hərflərlə küncdə-bucaqda görünür. xa0Sanki Bakıda digər dillər yox, xa0Azərbaycan türkcəsi yaddır, əcnəbidir. xa0Beləcə doğma dilimizi öz əlimizləgözüqıpıq etmişik. Bu barədə çox yazılıb, çox deyilib. Prezidentin dilimizin qorunması haqda fərmanları var. Müvafiq cərimələr müəyyən edilib. Amma fikir verən, icra edən yoxdur...

Bəla ondadır ki, daim məmurları, şirkət rəhbərlərini, ticarətçiləri tənqid edən bir sıra jurnalistlər özləri ana, doğma, dövlət dilimizin qayda-qanunlarını nəinki pozur, hətta xa0öz dilimizi özgə dillərin qrammatikasına uyğunlaşdırmağa da cəhd edirlər. Orfoqrafik, üslub səhvləri bir yana, bəzən əcnəbi dillərdə olan sözlər bizim qrammatik, orfoqrafik qaydalara uyğunlaşdırılmaq əvəzinə, bizim dilimiz, yazımız əcnəbilərin qaydalarına uyğunlaşdırılır. Son vaxtlar belə bir adət yaranıb: xa0sayt, xa0yaxud qəzetlərdəki xəbər və ya məqalələrdə ingilis dilindəki insan, şəhər, çay, dəniz və s. adları Azərbaycan dilində oxunuşu nəzərə alınmadan xa0 xa0həmin dildə olduğu kimi, eyni hərflərlə yazılır. Məsələn, Vilyam Şekspir əvəzinə William Shakespeare, xa0Ernest Heminquey yerinəErnest Hemingway və s. Bu qayda, əslində qaydasızlıq Azərbaycan mediasına Türkiyə KİV-dən “yoluxub”x9d. Amma qardaşlarımızın da bu məsələdə yanlış olduqlarını qəti söyləmək gərəkdir. Hər dil özünəməxsusluğunu qoruyub, saxlamalı özgə dillərin təzyiqi altında milli qayda-qanununu pozmamalıdır... Amma çar Rusiyası və Sovetlər dönəmlərində Azərbaycan türkcəsinin qrammatikası rus qarmmatikasına uyuğunlaşdırıldığı kimi, deyəsən, bu gün də ingilis dilinin qayda-qanuna uyğunlaşdırılır...

Nə yazıqlar ki, biz xa0öncə dediyimiz kimi, özümüzünkünü tapdaq altına atmağı, sanki, xoşlayırıq.xa0
Avqustun 30-da məşhur saytlarda “Ərdoğanın 15 mühafizəçisi məhkəməyə verildi”x9d başlıqlı xəbəri, yəqin ki, çoxunuz oxumusunuz(//musavat.com/news/abs-erdoganin-15-muhafizecisinin-isi-mehkemeye-verilib_464561.html, //olaylar.az/news/dunya/234864, //www.milliyol.az/ab_____rdo_an_n_15_m_hafize_isinin_i_i_mehkemeye_verilib__-13052-xeber.html)
Xahiş edirik, xəbərdə bəzi cümlələrdəki ingilis sözlərinə fikir verin:

“ABŞ-da prezident Rəcəb Tayyip Ərdoğanın may ayında Washington-a səfəri zamanı Türkiyə səfirliyinin iqamətgahı qarşısında baş verən dava ilə əlaqədar 19 nəfər haqqında məhkəmə prosesinin başlanmasına qərar verilib.
Böyük münsiflər heyətinin qəbul etdiyi ittihamnamədə adları qeyd edilən şəxslərin 15-i prezident Ərdoğan-ın mühafizəçisidir...
Washington D.C. Prokurorluğu işdə adları keçən şəxslərdən 16-na qarşı ittihamların irəli sürüldüyünü, üç mühafizəçinin adının isə yeni əlavə edildiyini bildirib... Mayın 16-da Türkiyənin Washington-dakı səfirliyinin qarşısında Ərdoğan-a etiraz edən nümayişçilərə onun cangüdənləri və türk təhlükəsizlik nümayəndələri müdaxilə etmişdi. PrezidentƏrdoğanınşahidolduğunuhadisəni, polis "dincnümayişçilərəqarşıvəhşibirhücum" kimisəciyyələndirib (BBC)”x9d

”x9dWashington”x9d sözü niyə xa0bizim dilə transkripsiya olunub yazılmamalıdır? Və yaxud Azərbaycan qrammatikasında nə vaxtdan insan, şəhər xa0adları hansısa halda yazılarkən, yaxud onun kökünə leksik şəkilçi əlavə edilərkən xa0hal və ya leksik şəkilçidən öncə defis qoyulmalıdır: “Washington”x9d-dakı, Ərdogan-a? Nəyə görə Azərbaycan oxucusu doğma dilində oxuduğu xəbərdə yad hərflərlə yazılmış sözlərə rast gəlməlidir? Bəlkə o, həmin dildə oxumağı bacarmır, bilmir? xa0Məgər hər bir Azərbaycan vətəndaşı ingilis dilində bilməyə, ingiliscə oxumağı bacarmağa məhkumdur? Yoxsa biz rəsmən Böyük Britaniya, yaxud ABŞ-ın müstəmləkəsiyik, xəbərimiz yoxdur? Elə isə gəlin xəbər və ya məqalələrimizdə Moskvanı «МоÑx81ква», Putini də «Путин» kimi, yaxud Sarkisyanı erməni hərfləriylə yazaq...
Məlum olur ki, bizim milli(!) saytlar sözügedən xəbəri Böyük Britaniya ümummili ictimai tele-radio yayım təşkilatı olan “BBC”x9d-nin Azərbaycan dilindəki bbc.com/azeri saytından götürüb olduğu kimi xa0də veriblər. Deməli, sonuna da “azeri”x9d(?!) artıran Britaniya saytı ingilis dilində yazılmış ad və terminlərin eyni ilə Azərbaycan dilində qalmasını istəyir, təbliğ edir? Bəs adında bizim üçün müqəddəs hesab edilən “müsavat”x9d, “milli yol”x9d olan saytlarımız hara baxır? Yoxsa müsavatçılıq, milli yol belə tələb edir? Deyək ki, xəbəri verən əməkdaşlar tənbəllik edib əcnəbi dildə yazılmış sözləri öz dilimizə çevirməyib, bəs redaktorlar hara baxır?
Bu, Azərbaycan KİV-də rast gəlinən ilk hal deyil. Belə faktlar onlarladır. Yenə inanaq ki, həmkarlarımız müvafiq rəsmi və ya qeyri-hökumət təşkilatlarının, tanınmış alimlərimizin müdaxiləsini gözləmədən bir daha belə anti-milli səhvlərə yol verməyəcək...

Sultan Laçın
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakı-Sumqayıt qatarı niyə bağlanıb və nə vaxt açılacaq?- VİDEO

Bakı-Sumqayıt qatarı niyə bağlanıb və nə vaxt açılacaq?- VİDEO

Renkanın halı pisləşdi: “Ölürdüm, danışa bilmirdim”

Renkanın halı pisləşdi: “Ölürdüm, danışa bilmirdim”

İsrail HƏMAS-ın qurucularından olan Həsən Yusifi azadlığa buraxdı

İsrail HƏMAS-ın qurucularından olan Həsən Yusifi azadlığa buraxdı

Sürücülük vəsiqələrinin müddətsiz verilməsi mümkündürmü? - VİDEO

Sürücülük vəsiqələrinin müddətsiz verilməsi mümkündürmü? - VİDEO

Azərbaycan və Tailand arasında ilk konsulluq görüşü keçirildi - FOTO

Azərbaycan və Tailand arasında ilk konsulluq görüşü keçirildi - FOTO

Pentaqondakı "təhlükəli maddə" həyəcanının yalan olduğu MƏLUM OLDU

Pentaqondakı "təhlükəli maddə" həyəcanının yalan olduğu MƏLUM OLDU

Qalibaf ABŞ-yə xəbərdarlıq etdi: “Fərqli İran görəcəksiniz”

Qalibaf ABŞ-yə xəbərdarlıq etdi: “Fərqli İran görəcəksiniz”

Estoniyanın Azərbaycanda səfirliyi açıldı

Estoniyanın Azərbaycanda səfirliyi açıldı

DÇ-2026: Açılış matçının heyətləri açıqlandı

DÇ-2026: Açılış matçının heyətləri açıqlandı

Beyləqanda 11-ci sinif şagirdi vəfat etdi

Beyləqanda 11-ci sinif şagirdi vəfat etdi

Dünya çempionatının açılış mərasimi başlayıb - FOTO/VİDEO

Dünya çempionatının açılış mərasimi başlayıb - FOTO/VİDEO

“Zirə” Amin Seydiyevlə müqavilə bağladı - FOTO

“Zirə” Amin Seydiyevlə müqavilə bağladı - FOTO

Tramp İrana planlaşdırılan hücumların ləğv olunduğunu ELAN ETDİ - FOTO

Tramp İrana planlaşdırılan hücumların ləğv olunduğunu ELAN ETDİ - FOTO

Fransa klubunun futbolçusu “Sabah”da

Fransa klubunun futbolçusu “Sabah”da

BMT rəhbəri İsrail və “Hizbullah”a ÇAĞIRIŞ ETDİ

BMT rəhbəri İsrail və “Hizbullah”a ÇAĞIRIŞ ETDİ

Zakir Həsənov 11 ölkənin iştirak etdiyi beynəlxalq TƏLİMDƏ - FOTO

Zakir Həsənov 11 ölkənin iştirak etdiyi beynəlxalq TƏLİMDƏ - FOTO

İranda Təbriz-Məşhəd sərnişin qatarı relsdən çıxdı - VİDEO

İranda Təbriz-Məşhəd sərnişin qatarı relsdən çıxdı - VİDEO

Beyləqanda iki avtomobil toqquşdu, xəsarət alanlar var - FOTO

Beyləqanda iki avtomobil toqquşdu, xəsarət alanlar var - FOTO

BƏƏ və İran rəsmiləri münaqişədən sonra ilk dəfə GÖRÜŞDÜ

BƏƏ və İran rəsmiləri münaqişədən sonra ilk dəfə GÖRÜŞDÜ

Gülay canlı efirdə ağladı - VİDEO

Gülay canlı efirdə ağladı - VİDEO

Bakıda kafedə ÖLÜM HADİSƏSİ

Bakıda kafedə ÖLÜM HADİSƏSİ

Yaşar Gülər Rüstəm Umerovla görüşdü - FOTO

Yaşar Gülər Rüstəm Umerovla görüşdü - FOTO

Arzusu çin olan azarkeş - FOTO

Arzusu çin olan azarkeş - FOTO

“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq” - VİDEO

“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq” - VİDEO

End of content

No more pages to load

RADİO