"Tülen" Əfqan Muxtarlı...

Əfqan Muxtarlı bəyan edib ki, Avropanın rəsmi şəxslərinə Azərbaycanda demokratiya və siyasi məhbuslarla yanaşı, ekologiyadan da söz açıb. Xəzər dənizi çirklənir, siutilər kütləvi şəkildə qırılır və s. 

Bizim.Media “demokrat.az”a istinadən xəbər verir ki, bu bəyanat 90-cı illərdə ABŞ-ın iki konqressmeninin Azərbaycana səfərini xatırlatdı. Jurnalistlərə müsahibə verdilər ki, “biz Azərbaycan rəhbərliyindən demokratiya tələb edəcəyik”. Qəzetlərdə manşetlər belə oldu ki, “Amerika demokratiya tələb edəcək”. Konqressmenlər Prezident Aparatının qarşısına gəldilər, jurnalistlərə elə orda da bəyan etdilər ki, “biz indi yuxarı qalxıb demokratiya tələb edəcəyik”.

Jurnalistlər aşağıda gözləməkdə olsunlar, konqressmenlər yuxarı qalxmaqda. Heydər Əliyev onların necə ikili standarta sahib olduqlarını gözəl bildiyindən çəkiliş qrupu da çağırmışdı. Konqressmenlərə elə gəldi ki, bu, Prezident Aparatının arxivi üçündür. Amma bilmirdilər ki, onların dedikləri “Xəbərlər”in axşam efirində nümayiş etdiriləcək. 

Doğrudanmı, konqressmenlər demokratiya tələb etdilər? 

Yanılmamısız. Onlardan biri dedi ki, “biz istəyirik ki, Azərbaycan iki ədəd “Boing” təyyarəsi alsın”. 

Digəri isə xahiş etdi ki, Azərbaycanda “Makdonalds” restoranlar şəbəkəsi genişlənsin”. 

İşin gülməli tərəfi ondadır ki, konqressmenlər aşağı düşəndən sonra günün altında qaralan jurnalistlərə dedilər ki, “biz yuxarı qalxdıq və demokratiya tələb etdik”. Axşam efirində isə onların yalanı ifşa edildi. 

Təbii ki, Heydər Əliyev incə şəkildə onların necə ikiüzlü olduğunu nümayiş etdirmişdi. Yəni, demokratiya anlayışı nəsə qoparmağa hesablanıb. 


İndi Əfqan Muxtarlı da bəyan edir ki, səlahiyyətli şəxslərlə görüşüb problemləri deyib. Bəlkə hardasa kafedə qəhvə içə-içə telefonda bəyanat yazıb, amma kiminsə sifətini görməyib. Yox bir, o boyda səlahiyyətli şəxslər Əfqan Muxartlının üzünə qapı açıblar ki, səni çoxdan gözləyirdik. 

Onun fikirləri həm də ona hesablanıb ki, “mənim Avropanın səlahiyyət sahiblərinə söz demək imkanım var və hörmət sahibiyəm”. 

Maraqlı cəhət həm də ondan ibarətdir ki, indiyə qədər bəyan etdikləri naftalin fikirlərin üzərinə su da çilənib, mövzu genişlənib. Bu dəfə ekologiyanı da ora dürtüblər.    

Amma Əfqan Muxtarlıya görə pis oluruq. Çox əziyyət çəkir. İndiyə qədər Azərbaycanda demokratiyanın təşəkkül tapmasının “carçısı” idisə, indi suitilərin dərdini çəkir. Bilmirik suitilər ağlayır ya yox, amma Əfqan Muxtarli timsah göz yaşı axıdır.  

Oturub sual verəsən ki, sən suitini morjdan ayıra bilirsən? 

Təsəvvür edirik, Azərbaycan əleyhinə şüarlar düşünən, konsepsiya yazan Avropa qurumlarının başbilənləri Əfqan Muxtarlını qabaqlarında oturdub “suiti” sözünün düzgün tələffüzünü öyrədiblər. 

- Suiti 

- Suata. 

- No, suiti... 

Tələffüzü öyrədəndən sonra suitinin şəklini də göstəriblər ki, bax, bu suitidir. 

Birdən diliyanmış jurnalistlərdən biri sual verər ki, suiti necə olur? 

O da suiti əvəzinə morju göstərməsin. Tələffüzü öyrədib dərindən nəfəs alandan sonra Əfqan Muxtarlının qəfil sualı Avropa səlahiyyət sahiblərini özündən çıxarıb ki, gör kimlə işləyirik. Sual verib ki, “bu heyvan itə oxşamır axı, buna niyə suiti deyirlər?”.   

COP29-un Azərbaycanda keçirilməsi təsdiqlənəndən sonra gizli qüvvələr it ilindən qalma it kadrlarını yada saldılar. Buna dair o qədər kadrlar saxlayıblar ki. Yəqin sadə adamlar bir ay bundan əvvəl itlə bağlı kadrları yaxşı xatırlayırlar. Şamaxı sakini maşının arxasına it bağlayıb çəkir, hansısa qadın arxadan qışqırır ki, “belə vəhşilik olmaz”.

Adamlar elə bildi ki, hadisə bu günlərdə olub. Sonra anlaşıldı ki, neçə il əvvəl baş veribmiş. Gizli qüvvələr qəfildən o kadrları yaymağa başladılar.

Heç köhnə kadrlara ehtiyac da yoxdur. Kiminsə kartına 5-10 avro köçürüb tapşırıq verirlər ki, adam olmayan yerdə itə, pişiyə zülm et, telefona çək, elə et ki, heyvan əziyyət çəksin. Yaxud, qağayılara daş at, toyuqları qabağına qat. Elə görüntü yarat ki, Azərbaycanda harda it-pişik görürlərsə dalınca qaçırlar, hoppanıb quşları göydə tutub elə havada bişirirlər.  
Əfqan Muxtarlı sabah bəyan etsə ki, daha quşlar da Azərbaycandakı su hövzələrinə gəlməkdən imtina edirlər, təəccüblənməyin.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yaponiya İran müharibəsindən sonra Azərbaycandan ilk xam neft partiyasını alacaq

Yaponiya İran müharibəsindən sonra Azərbaycandan ilk xam neft partiyasını alacaq

İki gün ərzində qanunsuz saxlanılan 2 avtomat 1 qumbara aşkarlanıb

İki gün ərzində qanunsuz saxlanılan 2 avtomat 1 qumbara aşkarlanıb

Əsnəməyin əsl səbəbi bəlli oldu – Qarşısını almaq mümkün deyil

Əsnəməyin əsl səbəbi bəlli oldu – Qarşısını almaq mümkün deyil

Hantavirusa yoluxanlar 42 gün təcrid ediləcəklər

Hantavirusa yoluxanlar 42 gün təcrid ediləcəklər

Əvvəllər işlədikləri şirkətdən oğurluq etdilər

Əvvəllər işlədikləri şirkətdən oğurluq etdilər

“Övladınızı dinləməyə vaxtınız yoxdursa, gələcəkdə edəcəyi hər qəbahətə hazır olun” – PSİXOLOQ

“Övladınızı dinləməyə vaxtınız yoxdursa, gələcəkdə edəcəyi hər qəbahətə hazır olun” – PSİXOLOQ

Sabah külək güclənəcək – XƏBƏRDARLIQ

Sabah külək güclənəcək – XƏBƏRDARLIQ

Xırdalanda zavodda kişi ölüb

Xırdalanda zavodda kişi ölüb

Gələn il veteranlara verilən 80 manat artırılacaq?

Gələn il veteranlara verilən 80 manat artırılacaq?

43 ildir buna görə evlənmirlər

43 ildir buna görə evlənmirlər

“Körpə gəzintidə” filmi gerçək oldu – Bu dəfə Türkiyədə - VİDEO

“Körpə gəzintidə” filmi gerçək oldu – Bu dəfə Türkiyədə - VİDEO

Xaçmaz məktəbliləri Zəfər tarixini canlı izlədilər – Qənimətlər Parkına unudulmaz səfər - VİDEO

Xaçmaz məktəbliləri Zəfər tarixini canlı izlədilər – Qənimətlər Parkına unudulmaz səfər - VİDEO

Paşinyan metroda pis vəziyyətə düşdü - VİDEO

Paşinyan metroda pis vəziyyətə düşdü - VİDEO

“Şamaxı”nın legionerinin durumu

“Şamaxı”nın legionerinin durumu

Növbəti 3 gün yağıntı intensivləşəcək, sel keçəcək

Növbəti 3 gün yağıntı intensivləşəcək, sel keçəcək

Bakı–Masallı yolunda tıxac yarandı - VİDEO

Bakı–Masallı yolunda tıxac yarandı - VİDEO

Məşhur müğənni şəkillərindən icazəsiz istifadəyə görə inanılmaz təzminat tələb etdi - FOTO

Məşhur müğənni şəkillərindən icazəsiz istifadəyə görə inanılmaz təzminat tələb etdi - FOTO

Azərbaycanın bölgələrində evlər kəskin bahalaşıb

Azərbaycanın bölgələrində evlər kəskin bahalaşıb

Renat Dadaşov oynadı, komandası qələbə qazandı – VİDEO

Renat Dadaşov oynadı, komandası qələbə qazandı – VİDEO

"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının ikinci mərhələsinin qalibi müəyyənləşib

"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının ikinci mərhələsinin qalibi müəyyənləşib

Sosial şəbəkədə QAN AXTARIŞI: Vətəndaşlar niyə donor tapmaqda çətinlik çəkirlər? - VİDEO

Sosial şəbəkədə QAN AXTARIŞI: Vətəndaşlar niyə donor tapmaqda çətinlik çəkirlər? - VİDEO

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları artırıb

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları artırıb

Manqalı yandırarkən xəsarət alan oğlan ölüb

Manqalı yandırarkən xəsarət alan oğlan ölüb

Akif İslamzadənin vəziyyəti açıqlandı

Akif İslamzadənin vəziyyəti açıqlandı

End of content

No more pages to load

RADİO