Xaçmazın Xudat şəhərində "Jeer" və "VAZ-2107” markalı avtomobillər toqquşub
Bizim.Media xəbər verir ki, hadisə Gəndab-Yalama yolunun Xudat şəhərindən keçən hissəsində qeydə alınıb.
“Jiquli”dəki sərnişin xəsarət alaraq təcili yardım avtomobili ilə Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Qəzanın səbəbləri araşdırılır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu