Naxçıvan stansiyasından 76 km. cənub-qərbdə İranın Xoy şəhərində 4, 6 maqnitudada zəlzələ olub.
Bizim.Media xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, İranda saat 22:01-də baş verən yeraltı təkanlar 4 km. dərinlinkdə hiss olunub.
Zəlzələ Naxçıvanın Ordubad, Culfa, Şahbuz, Babək rayonlarında 3 bala qədər hiss olunub.

Bizim.Media