Gəncədə velosiped sürən 17 yaşlı oğlan avtomobilə çırpılıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində baş verib.
Şəhər sakini, 2007-ci il təvəllüdlü Elcan Quliyev velosipedlə hərəkətdə olan zamam "KİA " markalı minik maşınına çırpılıb.
Qəza nəticəsində velosipedi idarə edən E.Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin stabil olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu