Qəbələ məktəbliləri su qıtlığına çözüm ola biləcək maddə hazırladılar – FOTO 

Azərbaycanda 13 ildir “Sabahın alimləri” Respublika müsabiqəsi keçirilir. Aprel ayının 17-də açılış mərasimi olan növbəti 13-cü müsabiqədə xeyli sayda “sabahın alimi” iştirak edib.

Elm və təhsil nazirinin, millət vəkillərinin, dövlət və özəl müəssisə rəhbərlərinin iştirak etdiyi tədbirdə müxtəlif məktəblərin şagirdləri fərqli layihələr təqdim edib, sərgidə iştirak hüququ qazanıblar.

Sərgidə iştirak hüququ qazanan 113 layihədən birinin rəhbərləri ucqar kənd məktəbindən müsabiqəyə qoşulub, öz yenilikləri ilə elmə töhfə qatacaqlarını isbat etməyə gəliblər.

Bizim.Media müsabiqə iştirakçıları - Qəbələ rayonu Tüntül kənd tam orta məktəbinin X sinif şagirdləri Gülsu Musabəyova və Rüstəm Fərziyevlə həmsöhbət olub.

Müsabiqəyə “SuVar” layihəsi ilə qoşulan gənclər bu layihənin su qıtlığından əziyyət çəkən ölkəmiz və dünya üçün böyük əhəmiyyət kəsb edəcəklərini bildiriblər.

Gülsu Musabəyova bildirib ki, onların hazırladıqları maddə həm özündə çox su saxlayır, həm də yaşıllığa xidmət edir:


“Layihəmiz həm SuVar, həm də SuVar deməkdir, iki mənada işlənir. Biz burada elə maddələrdən istifadə eləmişik ki, torpaqda yapışqan mühit əmələ gətirmədən özündə 300 dəfədən çox su tutur. Biz fotolar təqdim edirik, göründüyü kimi, yan dibçəklərdə hazırladığımız polimer var, ortadakı dibçəkdə polimer yoxdur. Polimer olan dibçəklərdə cücərmə daha yaxşı gedir, amma ortadakı dibçəkdə cücərmə o qədər də yaxşı deyil.

Bir dənəcik özündə 300 dəfə çox su tuta bilir. Bizim hazırladığımız polimer bir il ərzində torpaqda parçalanır, bu da bitkinin inkişafını sürətləndirir. Hazırda dünyada su qıtlığı problemi yaşanır, Azərbaycan da bu problemdən kənar qala bilmir. Ona görə düşündük ki, elə bir maddə hazırlayaq ki, o, özündə həm suyu saxlasın, həm də ətraf mühitə pis təsir göstərməsin”.

Alimliyə iddiası olan gənclər hesab edirlər ki, bundan istifadə edən fermer daha çox gəlir əldə edəcək:


“Bizim hazırladığımız polimer məsaməliliyi qoruyur, digərləri isə qorumur, bir-birinə yapışır, torpağa da ziyandır. Hazırladığımız maddədən istifadə edən fermer əvvəlkindən 20 faiz daha çox gəlir əldə edəcək, həm də 60 faizə qədər su tutumu yaranacaq”.

Qeyd edək ki, müsabiqədə növbəti 2 gün ərzində şagirdlərin 8 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri) üzrə elmi-tədqiqat layihələri dəyərləndiriləcək. Bununla yanaşı, qaliblər sırasından seçilən məktəblilər ABŞ-də keçirilən sərgidə ölkəmizi təmsil edəcəklər.

Günay Şahmar, Leyla Qəhrəmanova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsrail və “Hizbullah” arasında atəşkəs ELAN EDİLDİ

İsrail və “Hizbullah” arasında atəşkəs ELAN EDİLDİ

Ceyhun Bayramov Almaniya səfirini qəbul etdi – FOTO

Ceyhun Bayramov Almaniya səfirini qəbul etdi – FOTO

Özünü həkim kimi tanıdıb, xəstələri müalicə edən şəxs maşın ustası imiş... – VİDEO

Özünü həkim kimi tanıdıb, xəstələri müalicə edən şəxs maşın ustası imiş... – VİDEO

Avropanın ən ucuz və bahalı ölkələri – SİYAHI

Avropanın ən ucuz və bahalı ölkələri – SİYAHI

SON DƏQİQƏ! İran Hörmüz boğazını yenidən BAĞLADI

SON DƏQİQƏ! İran Hörmüz boğazını yenidən BAĞLADI

Hava kəskin dəyişir: Temperatur 7 dərəcə enəcək, dolu düşəcək – XƏBƏRDARLIQ

Hava kəskin dəyişir: Temperatur 7 dərəcə enəcək, dolu düşəcək – XƏBƏRDARLIQ

Xəzər rayonunda açıq ərazidə yanğın söndürüldü – VİDEO/YENİLƏNİB

Xəzər rayonunda açıq ərazidə yanğın söndürüldü – VİDEO/YENİLƏNİB

Trampın “Meloni mənə yalvarırdı” sözlərinə İtaliya Baş nazirindən SƏRT REAKSİYA – VİDEO

Trampın “Meloni mənə yalvarırdı” sözlərinə İtaliya Baş nazirindən SƏRT REAKSİYA – VİDEO

16 yaşlı şahmatçımız Maqnus Karlsenə QALİB GƏLDİ – FOTO

16 yaşlı şahmatçımız Maqnus Karlsenə QALİB GƏLDİ – FOTO

“Şamaxı” portuqaliyalı müdafiəçi ilə RAZILIĞA GƏLDİ

“Şamaxı” portuqaliyalı müdafiəçi ilə RAZILIĞA GƏLDİ

Rəngli səhifələr kitab bazarını necə ələ keçirtdi? – Nəşriyyatlar yeni oxucular “ov”unda

Rəngli səhifələr kitab bazarını necə ələ keçirtdi? – Nəşriyyatlar yeni oxucular “ov”unda

Cəmi 4 həftəyə qocalmanı dayandırmaq mümkündür - Bu YOLLA

Cəmi 4 həftəyə qocalmanı dayandırmaq mümkündür - Bu YOLLA

"Bayrağımızın mənasını bilmirlər" -Müğənniləri tənqid etdi

"Bayrağımızın mənasını bilmirlər" -Müğənniləri tənqid etdi

Tramp: “Meloni mənimlə şəkil çəkdirmək üçün yalvarırdı” – VİDEO

Tramp: “Meloni mənimlə şəkil çəkdirmək üçün yalvarırdı” – VİDEO

DİQQƏT! Bu gecə Bakının iki rayonunda işıq olmayacaq

DİQQƏT! Bu gecə Bakının iki rayonunda işıq olmayacaq

Məhəmməd Süleyman Əl-Casir: “Bakıda keçirilən toplantıda 6 milyard dollarlıq 67 saziş imzalanıb”

Məhəmməd Süleyman Əl-Casir: “Bakıda keçirilən toplantıda 6 milyard dollarlıq 67 saziş imzalanıb”

Andrade də “Qarabağ”ı TƏRK ETDİ

Andrade də “Qarabağ”ı TƏRK ETDİ

İyun ayının pensiyaları ilə bağlı ŞAD XƏBƏR

İyun ayının pensiyaları ilə bağlı ŞAD XƏBƏR

Niyə Cümə günündə saç yumaq olmaz?

Niyə Cümə günündə saç yumaq olmaz?

Həmkəndlisini namus üstündə öldürdü... – Zaqataladakı dəhşətli qətlin TƏFƏRRÜATI

Həmkəndlisini namus üstündə öldürdü... – Zaqataladakı dəhşətli qətlin TƏFƏRRÜATI

Zabratda qəribə yol qəzası- VİDEO

Zabratda qəribə yol qəzası- VİDEO

Rusiya Mərkəzi Bankı növbəti dəfə uçot dərəcəsini ENDİRDİ

Rusiya Mərkəzi Bankı növbəti dəfə uçot dərəcəsini ENDİRDİ

Güclü külək əsəcək – XƏBƏRDARLIQ

Güclü külək əsəcək – XƏBƏRDARLIQ

Bakıda daha 4 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil edildi

Bakıda daha 4 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil edildi

End of content

No more pages to load

RADİO