COP29-un Azərbaycan üçün TARİXİ ƏHƏMİYYƏTİ – BMT rəsmisi ilə EKSKLÜZİV MÜSAHİBƏ

“COP29 ətraf mühitin qorunması ilə bağlı qaydaları və təminatları müəyyən etməkdə uğur qazana bilər. Bu, böyük nailiyyət olardı”.

Bu fikirləri Bizim.Media-ya eksklüziv müsahibəsində Fransanın sabiq dövlət katibi, ətraf mühit üzrə sabiq nazir, BMT Baş Katibinin Dayanıqlı İnkişaf və Qlobal Pakt üzrə xüsusi müşaviri Bris Lalond (Brice Lalonde) deyib.

Bakıda keçiriləcək COP29-un əsas müzakirə mövzuları, əldə ediləcək razılaşmalar barədə danışan BMT rəsmisi, Bakının tədbiri yüksək təşkil edəcəyinə əminliyini bildirib.

Sözügedən müsahibəni təqdim edirik:

- Cənab Lalond, bu il Azərbaycan COP29-a ev sahibliyi edəcək. Siz həm də BMT-nin Davamlı İnkişaf Konfransının icraçı koordinatorusuz. İlk olaraq suala belə başlamaq istərdim: COP29 dünya üçün niyə vacibdir?

- İqlim dəyişikliyi insanların və Yer planetində yaşayan bütün canlıların həyatını təhdid edir. Buna görə də iqlim dəyişikliyi ilə mübarizə üçün istənilən görüş, o cümlədən 190 ölkə tərəfindən ratifikasiya edilmiş İqlim Dəyişikliyi üzrə Birləşmiş Millətlər Təşkilatının Çərçivə Konvensiyası tərəfindən hər il çağırılan görüşlər vacibdir. Bu, iqlim dəyişikliyinə qarşı razılaşdırılmış və təklifli fəaliyyət təşkil etmək üçün yeganə universal qanuni platformadır. Amma proseslər çox ləng gedir. Əslində bunun da səbəbləri var. Çünki istər zəngin, istərsə də kasıb ölkələrin razılığa gələ bilməsi çətin prosesdir. 

- İqlim dəyişikliyi dünyanın qarşısında duran bir çox vacib prosesləri tez bir zamanda həyata keçirmək üçün birgə addımları labüd edir. Dubaydan sonra Bakıda keçiriləcək görüşdən gözləntilər nələrdir?

- Bakıda keçirilən görüş ötənilki Dubay konfransından sonra və gələn il Belemdə (Braziliya) baş tutacaq konfransdan əvvəl keçiriləcək sayca 29-cu olacaq. Bu görüşlər 2015-ci ildə qəbul edilmiş Paris Sazişinin həyata keçirilməsi ilə əlaqədardır ki, bu saziş bütün ölkələrdən hər beş ildən bir istixana qazları emissiyalarını azaldan və əsrin sonuna qədər iqlimə neytral olmağı hədəfləyən milli iqlim dəyişikliyi proqramları hazırlamağı və təkmilləşdirməyi tələb edir. 

- COP29 tədbiri ilə bağlı bir neçə yazınızı oxudum. Kifayət qədər ciddi məqamlara toxunmusuz. Sizcə, COP29-da nəyə daha çox diqqət yetirilməlidir?

- Diqqəti Dubay Konsensusunun təqibinə yönəldəcəyik. Əsas məsələ budur ki, ölkələr razılaşdırılmış öhdəlikləri yerinə yetirməyə hazırdırmı? COP29-un gündəliyinə iki məsələ daxil olacaq. Birincisi, maliyyə haqqındadır. Bu görüşlərdə çox vacib mövzu bundan ibarətdir ki, inkişaf etməkdə olan ölkələr daha çox ədalət, yardım və ya kompensasiya axtarır. Lakin iqlim dəyişikliyinə görə məsuliyyət daşımırlar. Amma onun nəticələrindən əziyyət çəkirlər. 

Danışıqlarda zəngin ölkələrdən inkişaf etməkdə olan ölkələrə köçürülmüş 100 milyard dollar həcmində olan yeni “iqlim maliyyəsi üzrə kollektiv kəmiyyət hədəfi” müəyyən etməyə çalışılacaq. 

İkinci məqam isə Bakı konfransının uğurlu nəticəsi ola bilər. Söhbət Dubayın həll edə bilmədiyi “karbon bazarlarından” gedir. Karbon bazarları iqlim dəyişikliyini azaltmaq üçün ölkələrin, şirkətlərin və insanların əməkdaşlıq edə biləcəyi bir üsuldur. Karbon bazarları tonlarla istixana qazı emissiyalarına icazə vermək, onların qarşısını almaq və ya aradan qaldırmaqla bağlıdır.

Meşəni qoruduğunuz zaman ağacların kəsilməsi nəticəsində yarana biləcək tullantıların qarşısını alırsınız. Meşə saldığın zaman isə atmosferdən karbon qazını çıxarırsınız. COP29 bu bazarların qaydalarını və təminatlarını müəyyən etməkdə uğur qazana bilər. Bu, böyük nailiyyət olardı.

- Azərbaycan həm də neft və qaz ölkəsidir. Enerji ehtiyatları rəsmi Bakının böyük sərvətidir. Lakin buna baxmayaraq, Bakı iqlim dəyişiklikləri ilə bağlı ciddi addımlar atır və COP29 kimi böyük tədbirədə ev sahibliyi edəcək. Elə səmimi sualımız da bu istiqamətdədir, Bakı COP29-a ev sahibliyi etməklə nə qazanacaq?

- Əvvəlcə konfransın təşkili önəmli olacaq. Logistika, saytın özü, mehmanxanalar, nəqliyyat, qonaqpərvərlik, Bakı əhalisinin iştirakçıları necə qarşılayacağı və s. İkincisi, konfransa cavabdeh olan Azərbaycan rəsmiləri, sədr və baş müzakirəçi və bütün heyət konfransı idarə edəcək. Ümid edirəm ki, konfransın sonunda yekun bəyanat olacaq. Üçüncüsü, COP29 Azərbaycanın ətraf mühitin mühafizəsinə sadiqliyini göstərmək baxımından da möhtəşəm fürsət olacaq.

- Siz hətta Azərbaycan Prezidenti İlham Əliyevdən Bakıda iqlim konfransı keçirməyin mümkün olub-olmadığını soruşmuşdunuz. İcazə verin xatırladım: 6 dekabr 2023-cü ildə, “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda cənab Prezidentdən soruşdunuz ki, mümkün qədər tez Bakıda iqlim konfransı təşkil etmək yaxşı olardımı?

- Bəli, xatırlayıram. Prezident kifayət qədər mehriban şəkildə razılığını bildirmişdi. İnanıram ki, o, artıq lazımi ideyalar üzərində çalışıb və layihəni planlaşdırıb.

- Cənab Lalond, suallarımızı cavablandırdığınız üçün təşəkkür edirəm.

- Mən də sizə təşəkkür edirəm.

Tehran Orucoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yaponiya İran müharibəsindən sonra Azərbaycandan ilk xam neft partiyasını alacaq

Yaponiya İran müharibəsindən sonra Azərbaycandan ilk xam neft partiyasını alacaq

İki gün ərzində qanunsuz saxlanılan 2 avtomat 1 qumbara aşkarlanıb

İki gün ərzində qanunsuz saxlanılan 2 avtomat 1 qumbara aşkarlanıb

Əsnəməyin əsl səbəbi bəlli oldu – Qarşısını almaq mümkün deyil

Əsnəməyin əsl səbəbi bəlli oldu – Qarşısını almaq mümkün deyil

Hantavirusa yoluxanlar 42 gün təcrid ediləcəklər

Hantavirusa yoluxanlar 42 gün təcrid ediləcəklər

Əvvəllər işlədikləri şirkətdən oğurluq etdilər

Əvvəllər işlədikləri şirkətdən oğurluq etdilər

“Övladınızı dinləməyə vaxtınız yoxdursa, gələcəkdə edəcəyi hər qəbahətə hazır olun” – PSİXOLOQ

“Övladınızı dinləməyə vaxtınız yoxdursa, gələcəkdə edəcəyi hər qəbahətə hazır olun” – PSİXOLOQ

Sabah külək güclənəcək – XƏBƏRDARLIQ

Sabah külək güclənəcək – XƏBƏRDARLIQ

Xırdalanda zavodda kişi ölüb

Xırdalanda zavodda kişi ölüb

Gələn il veteranlara verilən 80 manat artırılacaq?

Gələn il veteranlara verilən 80 manat artırılacaq?

43 ildir buna görə evlənmirlər

43 ildir buna görə evlənmirlər

“Körpə gəzintidə” filmi gerçək oldu – Bu dəfə Türkiyədə - VİDEO

“Körpə gəzintidə” filmi gerçək oldu – Bu dəfə Türkiyədə - VİDEO

Xaçmaz məktəbliləri Zəfər tarixini canlı izlədilər – Qənimətlər Parkına unudulmaz səfər - VİDEO

Xaçmaz məktəbliləri Zəfər tarixini canlı izlədilər – Qənimətlər Parkına unudulmaz səfər - VİDEO

Paşinyan metroda pis vəziyyətə düşdü - VİDEO

Paşinyan metroda pis vəziyyətə düşdü - VİDEO

“Şamaxı”nın legionerinin durumu

“Şamaxı”nın legionerinin durumu

Növbəti 3 gün yağıntı intensivləşəcək, sel keçəcək

Növbəti 3 gün yağıntı intensivləşəcək, sel keçəcək

Bakı–Masallı yolunda tıxac yarandı - VİDEO

Bakı–Masallı yolunda tıxac yarandı - VİDEO

Məşhur müğənni şəkillərindən icazəsiz istifadəyə görə inanılmaz təzminat tələb etdi - FOTO

Məşhur müğənni şəkillərindən icazəsiz istifadəyə görə inanılmaz təzminat tələb etdi - FOTO

Azərbaycanın bölgələrində evlər kəskin bahalaşıb

Azərbaycanın bölgələrində evlər kəskin bahalaşıb

Renat Dadaşov oynadı, komandası qələbə qazandı – VİDEO

Renat Dadaşov oynadı, komandası qələbə qazandı – VİDEO

"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının ikinci mərhələsinin qalibi müəyyənləşib

"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının ikinci mərhələsinin qalibi müəyyənləşib

Sosial şəbəkədə QAN AXTARIŞI: Vətəndaşlar niyə donor tapmaqda çətinlik çəkirlər? - VİDEO

Sosial şəbəkədə QAN AXTARIŞI: Vətəndaşlar niyə donor tapmaqda çətinlik çəkirlər? - VİDEO

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları artırıb

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları artırıb

Manqalı yandırarkən xəsarət alan oğlan ölüb

Manqalı yandırarkən xəsarət alan oğlan ölüb

Akif İslamzadənin vəziyyəti açıqlandı

Akif İslamzadənin vəziyyəti açıqlandı

End of content

No more pages to load

RADİO