Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media apa.az-a istinadən xəbər verir ki, hadisə rayonun Abulbəyli kəndində qeydə alınıb. Hərəkətdə olan "Mersedes Vito" markalı mikroavtobusla "VAZ-2106" toqquşub.
Toqquşmadan sonra “Mercedes Vito" markalı mikroavtobus yoldan çıxaraq yüksək gərginlik xəttinə çırpılıb, nəticədə elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Əraziyə “Azərişıq” əməkdaşları cəlb olunub, elektrik enerjisinin bərpası istiqamətində işlər gedir.
Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Bunlar Abulbəyli kənd sakinləri - 1993-cü il təvəllüdlü Rafiq Məmmədov, 1994-cü il təvəllüdlü Günel Məmmədova, 1993-cü il təvəllüdlü Xəyalə Əliyeva, 2018-ci il təvəllüdlü Fatimə Məmmədova və 2017-ci il təvəllüdlü Mələk Məmmədovadır.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.


Bizim.Media