“İsrailin hücumu cavabsız qalmayacaq. Əməliyyatın vaxtını, növünü biz müəyyən edəcəyik”.
Bizim.Media xəbər verir ki, bunu İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri Suriyadakı konsulluğa hücumda öldürülən Məhəmməd Rza Zahedinin İsfahanda keçirilən dəfn mərasimində bildirib.
“Bu əməliyyat diqqətlə icra olunacaq və biz mütləq onları peşman edəcəyik”, - Baş Qərargah rəisi vurğulayıb.
Bizim.Media