İki gün əvvəl Şəki şəhər sakini 16 yaşlı qız evdən çıxıb və geri dönməyib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yeniyetmə M.A. günorta saatlarında evdən çıxıb və ondan gün ərzində xəbər ala bilməyən valideynləri polisə müraciət edib.
Bu müddətdə ailə üzvləri və rayon polis şöbəsinin əməkdaşları mümkün olan bütün ünvanları araşdırıb. Faktla bağlı araşdırmalar və yeniyetmənin axtarışları davam etdirilir.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu