Sosial şəbəkələrdə Azərbaycan Dillər Universitetinin yataqxanasının yanması ilə bağlı məlumat yayılıb. Hadisənin universitetin Binəqədi rayonu, S.Bəhlulzadə küçəsində yerləşən yataqxanasında meydana gəldiyi iddia olunur.
Bizim.Media-nın əməkdaşı məlumatı dəqiqləşdirmək üçün Azərbaycan Dillər Universitetinin (ADU) mətbuat katibi Cavid Zeynallı ilə əlaqə saxlayıb.
O saytımıza açıqlamasında məlumatı təkzib edib:
“Həmin yataqxana tələbələrin ixtiyarında deyil, orada məcburi köçkünlər məskunlaşıb. Yataqxana universitetin nəzarətində deyil. Hadisə orada məskunlaşan məcburi köçkünlərin ehtiyatsızlığından baş verib. Yataqxanada heç bir tələbə yaşamır. Yanğın söndürülüb”.
Məhərrəm Əliyev, Bizim.Media