Fitrə zəkatını bank kartlarına köçürməklə çıxarmaq olar?

Fitrə zəkatını ənənəvi formada və ya bank kartlarına köçürməklə çıxarmaq olar.

Bizim.Media xəbər verir ki, bunu Report-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev Ramazan ayı münasibətilə çıxarılacaq fitrə zəkatının zamanı və miqdarını açıqlayarkən deyib.

Onun sözlərinə görə, fitrə zəkatı Ramazan bayramından öncəki axşam, bayram namazına qədər çıxarılmalıdır:

“Oruc tutan və ya tuta bilməyən hər kəs üçün fitrə zəkatı vacibdir. Adətən, ailənin başçısı ailəsinin üzvlərinin sayına uyğun hesablayaraq fitrə zəkatı çıxarmalıdır. Bu, ən çox yeyilən ərzaqdan – xüsusilə buğdadan hesablanır. Ərzağın özünü və ya onun dəyərini pul şəklində ehtiyacı olanlara vermək mümkündür. Qafqaz Müsəlmanları İdarəsi tövsiyə edir ki, fitrə zəkatını pulla hesablayarkən adambaşına 10 manatdan götürmək məqsədəuyğundur. İmkanı olanlar bu məbləğdən daha çox hesablaya bilərlər. Maddi durumunu normallaşdırmış, borcları olmayan, ailəsini dolandıra bilən insanlar mütləq fitrə zəkatı çıxarmalıdır”.

F.Nurullayev bildirib ki, şəxsin fitrə zəkatını vermək istədiyi ailə uzaqda yaşayırsa, müxtəlif mobil imkanlardan istifadə edərək kömək göstərə bilər:

“Özü şəhərdə yaşayan, kömək etmək istədiyi kasıb ailə rayonda olan şəxslər orada yaşayan qohum-əqrəbasını, tanışını vəkil edə bilər. Yəni bank kartları vasitəsilə də fitrə zəkatını köçürmək mümkündür".

QMİ-nin sədr müavini vurğulayıb ki, bayram namazında iştirak etmək vacib deyil:

"Bəzi məscidlərdə bayram namazı 8-də, bəzilərində 9-da başlayır. Bunu məscidin axund və imamları insanların istəyi ilə özləri tənzimləyə bilərlər. Aprelin 10-u Ramazan bayramıdır. Buna görə də bütün dünya müsəlmanlarını təbrik edir, cansağlığı arzulayırıq”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BİZİM TƏQVİM: 20 iyunda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 20 iyunda baş vermiş tarixi hadisələr

Uşağın yanında "pulumuz yoxdur" deməyin - Psixoloq

Uşağın yanında "pulumuz yoxdur" deməyin - Psixoloq

Bakıda uçan qarışqalar çoxalıb - Səbəb nədir? – VİDEO

Bakıda uçan qarışqalar çoxalıb - Səbəb nədir? – VİDEO

"Yorğunam, bir az yatım, keçər” deyənlərdənsiniz?!

"Yorğunam, bir az yatım, keçər” deyənlərdənsiniz?!

Qadınlar, yoxsa kişilər daha tez AŞİQ OLUR?

Qadınlar, yoxsa kişilər daha tez AŞİQ OLUR?

Konqoda Ebola xəstələri xəstəxanadan qaçırlar – Ac qaldıqlarına görə...

Konqoda Ebola xəstələri xəstəxanadan qaçırlar – Ac qaldıqlarına görə...

İyun 5 BÜRC üçün ən xoşbəxt ay olacaq

İyun 5 BÜRC üçün ən xoşbəxt ay olacaq

Nadir Qafarzadə ailəsi ilə istirahətdə - FOTO

Nadir Qafarzadə ailəsi ilə istirahətdə - FOTO

Starmer yaxın günlərdə istefa verə bilər - Times

Starmer yaxın günlərdə istefa verə bilər - Times

Bacısı Ronaldonun komanda yoldaşlarını sərt TƏNQİD ETDİ: “Nankorlar...”

Bacısı Ronaldonun komanda yoldaşlarını sərt TƏNQİD ETDİ: “Nankorlar...”

İngiltərədə iki qatar toqquşdu: Yaralananlar var - VİDEO

İngiltərədə iki qatar toqquşdu: Yaralananlar var - VİDEO

BMT kürsüsündən mühüm BƏYANAT: Azərbaycan yardım alan ölkədən donor ölkəyə çevrilib

BMT kürsüsündən mühüm BƏYANAT: Azərbaycan yardım alan ölkədən donor ölkəyə çevrilib

Trampdan Kubaya xəbərdarlıq: Venesueladakı ssenari təkrarlana bilər

Trampdan Kubaya xəbərdarlıq: Venesueladakı ssenari təkrarlana bilər

"Qayalı" marketdə biabırçılıq: Xarab məhsulu zibil qutusuna atıb, məsuliyyətdən qaçmaq istədilər! - VİDEO

"Qayalı" marketdə biabırçılıq: Xarab məhsulu zibil qutusuna atıb, məsuliyyətdən qaçmaq istədilər! - VİDEO

30 manat verməməyə görə evinizi itirə bilərsiniz - Açıqlama

30 manat verməməyə görə evinizi itirə bilərsiniz - Açıqlama

Norveçdə azərbaycanlılar üçün səyyar konsulluq xidməti - FOTO

Norveçdə azərbaycanlılar üçün səyyar konsulluq xidməti - FOTO

BMT Təhlükəsizlik Şurası Ukraynaya görə toplaşır

BMT Təhlükəsizlik Şurası Ukraynaya görə toplaşır

Kəlbəcərdə kişi tüfənglə özünü yaraladı

Kəlbəcərdə kişi tüfənglə özünü yaraladı

Bu, Ukraynadakı münaqişənin qarşısını ala bilərdi - Tramp

Bu, Ukraynadakı münaqişənin qarşısını ala bilərdi - Tramp

Azərbaycanda yumurtanın qiyməti 1 qəpiyə düşdü: Səbəb nədir?

Azərbaycanda yumurtanın qiyməti 1 qəpiyə düşdü: Səbəb nədir?

Əməkdar artist makiyajsız halını paylaşdı - VİDEO

Əməkdar artist makiyajsız halını paylaşdı - VİDEO

Qırğızstanlı qadının Bakıda çəkdiyi video marağa səbəb oldu - VİDEO

Qırğızstanlı qadının Bakıda çəkdiyi video marağa səbəb oldu - VİDEO

İstanbulda metro qatarının niyə relsdən çıxdığı MƏLUM OLDU

İstanbulda metro qatarının niyə relsdən çıxdığı MƏLUM OLDU

DÇ-2026: ABŞ - Avstraliya oyunu başladı - VİDEO

DÇ-2026: ABŞ - Avstraliya oyunu başladı - VİDEO

End of content

No more pages to load

RADİO