Mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin sosial şəbəkələrdəki rəsmi hesabları hakerlərin hücumlarına məruz qalıb.
Bizim.Media xəbər verir ki, bu barədə Hacı Şahinin səhifəsini idarə edən komanda məlumat yayıb.
“Artıq “Youtube” kanalımız hakerlər tərəfindən ələ keçirilib. Hazırda hücumların zərərsizləşdirilməsi istiqamətində işlər aparılır. Tezliklə ictimaiyyətə məlumat veriləcək” - deyə məlumatda bildirilib.
Bizim.Media