Abşeron rayonunun Xırdalan şəhərində ümumi sahəsi 85 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyü 50 m² sahədə və mətbəxinin yanar konstruksiyaları 6 m² sahədə yanıb.
Bizim.Media xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bizim.Media